Yuxarı

Elçin Aztürk: “Əli Kərimlidə olan diktatorluq heç Şimali Koreyada da yoxdur"

Elçin Aztürk: “Əli Kərimlidə olan diktatorluq heç Şimali Koreyada da yoxdur

elcin azturk"Təkcə onları tənqid edənləri yox, onlara hər gün şer yazmayanları da qınayardılar" “Ağ blok”-un üzvü, “Məmməd Əmin Rəsulzadə”çilər (MER) Gənclər Hərəkatının təbliğat işləri üzrə sədr müavni  Elçin Aztürkə facebookdakı aktivliyinə görə təzyiqlər var. Bunu cebhe.info-ya açıqlamasında Elçin Aztürk özü deyib. Onun sözlərinə görə,  “like” etdiyi  və şərh bildirdiyi yazılara görə AXCP-nin Əli Kərimli qanadından olan fəallar tərəfindən təhqirlərə məruz qalır. E.Aztürk facebookda yazıb: “Məni qınayırlar ki, niyə YAP hakimiyyətindən çox Əli Kərimli və onu dəstəkləyənləri tənqid edirəm.Bunları tənqid etməyəsən, bəs nə edəsən? Əli Kərimlinin tərəfdarlarından biri məni ittiham edir ki, niyə Razi Nurullayev və onun yaratdığı yeni təşkilatla bağlı yazılan statusları “like” edirsən. Bunlara deməyə adamın sözü qalmır artıq. Bu, gülməli yox, ağlamalıdır. Bunlar yaxşı ki, hakimiyyətdə deyillər, yoxsa adamı güllələyərdilər.Bunların diktatorluğu Şimali Koreyada da yoxdur. Bu tip insanlar hakimiyyətə qarşı mübarizə aparmır, əksinə olaraq,YAP-ın ölənlərinə rəhmət oxutdururlar” Cebhe.info-ya müsahibə verən Elçin Aztürk məsələyə bir az da aydınlıq gətirib.   -Elçin bəy, sizin “facebook”da yazdığınız statusla tanış olduq. Bu status konkret olaraq kimə ünvanlanıb? - Mən bir müddət olardı ki, facebookdan istifadə etmirdim. Bu yaxınlarda facebookda öz səhifəmə daxil oldum və gördüm ki, məni, Rüfət Əliyevi, Kərim Kərimlini Zöhrab adlı facebook istifadəçisi “tağ” edib qınayır.O, bu yaxınlarda Əli Kərimlinin müşaviri Məmməd İbrahimin partiyanın digər narazı qanadının, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin (EQTK) Nərimanov şöbəsinin Ali Məclis üzvü Mikayıl Quliyevi döymədiyini, qarşı tərəfin onu şərlədiyini bildirib. Bildirir ki, Razi Nurullayevi dəstəkləyən insanların yazdığı statusları niyə bəyənirsiniz? Mən bildirdim ki, biz Razi Nurullayevi  dəstəkləyirik, o, Əli Kərimlinin diktaturasına qarşı çıxan ləyaqətli insandı. Bundan başqa mən nəinki R.Nurullayevin bütün partiya üzvlərinin, hətta YAP-çıların da yazdıqlarını “like” edirəm. Burda qeyri-adi heç nə yoxdu. Biz əgər demokratiyadan danışırıqsa, sivil cəmiyyət qurmaq istəyiriksə, bu cür radikal olmaq kimə və nəyə lazımdı. Məni qınayırlar ki, niyə YAP-dan çox Əli Kərimlini tənqid edirsən. Mən YAP-nı o qədər tənqid etmişəm,  mənə heç kim təzyiq göstərməyib. Ancaq mən Əli Kərimliyə qarşı çıxanların yazdığı statusu “like” etmişəm, mənə irad bildirirlər.   -Əli Kərimli hakimiyyətdə olsaydı, ölkənin durumu necə olardı? -Əli Kərimli hakimiyyətdə olsaydı, nəinki onları tənqid edənləri, hətta onlara hər gün mədhiyyə  yazmayanlara belə təzyiq göstərərdilər. Onlarda olan diktatorluq Şimali Koreyada yoxdu. Şimali Koreyada prezident 90 faizlə seçilir, Əli Kərimli 99 faizlə sədr olur. Əli Kərimli hakimiyyətdə olsaydı, ölkə bundanda pis vəziyyətdə olardı. Əli Kərimli şəxsi manafeyini güdən insandı. Onun üçün milli maraqlar önəmli deyil. 20 ilə yaxın bir vaxda sədr olan Əli Kərimli hələ adicə partiya sədrliyini heç kimə vermir, o ki qaldı hakimiyyəti kiməsə versin.   -Məmməd Əmin Rəsulzadə Gənclər Hərəkatını yaratmaq ideyası hardan qaynaqlandı? -Məmməd Əmin Rəsulzadə Gənclər Hərəkatının yaranmasının əsas səbəbi müxalif siyasi partiyalarda gənclərə yer ayrılması, təzyiqlər göstərilməsi bir çox hallarda partiya sıralarına qəbul olunmamasıdı. Biz də qərar verdik və  bir hərəkat yaratdıq. Zaman keçdikcə, bu hərəkat böyüdü. Bir çox rayonlarda özəklərinin yaratdıq. Əvvəl biz üzv axtarırdıqsa, indi bizi axtarıb tapıb, üzv olmaq istəyirlər.Yenicə yaranmış olsaqda, hədəflərimiz böyükdür. Mən demirəm ki, bir-iki ilə nəsə edəcəyik. Ancaq böyük alovlar kiçik qığılcımlardan yaranır.Biz Azərbaycanın gələcəyiyik. Azərbaycan tarixindəMəmməd Əmin Rəsulzadə Gənclər Hərəkatının adı qızıl hərflərlə yazılacaq.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları