Yuxarı

YAP-çı deputat hansı vəzifəyə təyin olunub?

YAP-çı deputat hansı vəzifəyə təyin olunub?

Leyla Abdullayeva 050612Hakim Yeni Azərbaycan Partiyasının 41 saylı Sumqayıt seçki dairəsindən namizədliyi irəli sürülən, hazırda millət vəkili olanLeyla Abdullayevanın deputatlığa namizədliyini geri götürməsinə səbəb kimi yeni vəzifəyə təyin olunması göstərilir. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin sözlərinə görə, millət vəkilinin yeni təyin olunduğu vəzifə ilə yanaşı deputatlıq fəaliyyəti göstərməsi qanunvericiliyə ziddir: “Bununla əlaqədar olaraq da o, seçki marafonundan geri çəkilib. Hansı vəzifəyə təyin olunması barədə isə heç bir məlumat verə bilmərəm. Səhv etmirəmsə, indiyə qədər Sumqayıtda orta məktəbdə çalışırdı”. Yeni Azərbaycan Partiyasının Leyla Abdullayevanın namizədliyini irəli sürdüyü dairədən kimin namizəd olacağına gəlincə isə, H.Paşayev deyib ki, həmin dairədən kimin dəstəklənəcəyi hələ bəlli deyil: “Seçki Məcəlləsinə müvafiq olaraq namizədin partiya, yaxud da fərdi qaydada irəli sürülməsi və prosedur qaydalarını yerinə yetirməsi fiziki cəhətdən mümkün deyil. Ona görə də həmin dairədən namizədlərin qeydə alınması bitdikdən sonra hər hansısa namizədin dəstəklənməsi barədə qərar qəbul edəcək. Hazırda isə bu barədə heç bir qərar yoxdur”.   Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.   Cebhe.info ya daxil olan məlumata görə L.Abdullayeva hələ ki, yeni vəzifəyə təyin edilməyib. Sumqayıt şəhər 18 saylı orta məktəbin direktorudur. Amma hazırda Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsi vakantdır və bəzi məlumatlara görə, L.Abdullayevanın bu vəzifəyə təyin olunub-olunması ilə bağlı müzakirələr gedir.





Həftənin ən çox oxunanları