Yuxarı

Düşmənin "qorxulu royası": Azərbaycan PUA-ları erməniləri təşvişə salıb

Düşmənin

Düşmənin "qorxulu royası": Azərbaycan PUA-ları erməniləri təşvişə salıb

Azərbaycan Müdafiə Nazirliyi Pilotsuz Uçuş Aparatlarının(PUA) Ermənistanın mövqelərini bombalayan kadrlar yayınlayır.

2016-cı ilin aprel döyüşlərində də analoji görüntülər yayınlanmışdı.Lakin döyüşlər qısamüddətli olduğu üçün PUA-lardan çox da istifadə olunmamışdı.PUA-ların istifadəsi praktikasında qardaş Türkiyə təcrübəsi də var.

Belə ki, Türkiyənin Suriya və Liviyada PUA-lardan istifadə etməsi dünyanın diqqətini çəkmişdi.

Azərbaycan ordusu da qardaş dövlətin bu taktikasından yararlana bilərmi?

Hərbi-siyasi şərhçi Ramil Məmmədli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Azərbaycan ordusu 2015-ci ildən PUA-lardan istifadə edir və geniş təcrübəyə malikdir:

"Azərbaycan Silahlı Qüvvələrinin texnika parkında Pilotsuz Uçuş Aparatlarının (PUA) mövcudluğu 2010-2015-ci illəri əhatə edir. Bu dövrdə Azərbaycan Müdafiə Nazirliyinin İstehsalat Birliyi İsrail şirkəti ilə birgə istehsal həyata keçirib.Yəni Azərbaycan Silahlı Qüvvələrinin PUA-larla bağlı məsələsi illər əvvəl həll olunub.2016-cı ildə Azərbaycan Ordusu İsraildən sonra dünyada ilk dəfə olaraq sərbəst uçuş aparatlarından istifadə edib.Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları parkında "Heron” tipli müasir PUA-lar mövcuddur.Bunlar da davamlı olaraq qoşunların təmas xəttində istifadə olunur və düşmənin dislokasiya mərkəzlərindən məlumat əldə edilir.Yəni Türkiyənin Suriya və Liviyada tətbiq etdiyi taktikaları biz 2015-2016-cı illərdə istifadə etmişik.Bir çox məsələlərdə qardaş Türkiyədən misal çəkilir.Lakin Azərbaycan Ordusunun müasir texnologiya imkanları heç də Türkiyəninkindən geri qalmır. O ki qaldı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə təcrübəsindən kütləvi şəkildə istifadə etməsinə, bugünkü qarşıdurmalarda bunun tətbiq edildiyini görürük. Yəni hazırda Azərbaycan Ordusu düşmənin dərinliklərdə yerləşən mövqelərini darmadağın etməklə məşğuldur.Müdafiə Nazirliyinin yayınladığı videogörüntülərdə də bunu görürük.Bu da onu deməyə əsas verir ki, artıq Azərbaycan ordusu müasir döyüş taktikasını genişmiqyaslı şəkildə həyata keçirməyə başlayıb.2016-cı ildə Füzuli və Ağdərə istiqamətində düşmən mövqelərinə ağır zərbələr endirildiyi də bunun sübutudur”.

Əli Bədir





Həftənin ən çox oxunanları