Yuxarı

Rəfail Becanov partiya sədrləri ilə görüşdən danışdı: "Bu, parlamentdə və cəmiyyətdə partiyaların nüfuzunu artırır"

Rəfail Becanov partiya sədrləri ilə görüşdən danışdı:

Rəfail Becanov partiya sədrləri ilə görüşdən danışdı: "Bu, parlamentdə və cəmiyyətdə partiyaların nüfuzunu artırır"

"Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Milli Məclisin spikeri Sahibə Qafarova və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin də iştirak etdiyi videokonfrans siyasi spektrdə müsbət dinamikanın inkişafının göstəricisidir. Bu kimi görüşlər, əlaqələr siyasi konfiqurasiyaya yol açır və cəmiyyəti deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqlaşdırır”.

Cebhe.info xəbər verir ki, bunu "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktorun fikrincə, bu, qarşılıqlı əlaqələrin qurulması, müzakirə və siyasi münasibətlərin inkişafı trendini yaradır: "Hesab edirəm ki, bu, cəmiyyətin inkişafına yönələn addımdır və iqtidarla siyasi partiyalar arasında ölkə üçün əhəmiyyətli məsələlərdə birgə əməkdaşlıq formatının yeni mərhələsidir. Prezident Administrasiyasnın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu əlaqələrin inkişafı üçün çox ciddi proqramla işləyir. İctimai rəy bu kimi addımları təqdir edir və dəstəkləyir. Bu, eyni zamanda parlamentdə və cəmiyyətdə partiyaların nüfuzunu artırır. Eyni zamanda bu, Prezidentin siyasi iradəsinə uyğun olaraq, münasibətlərin sağlam zəmin üzərində qurulmasının və artıq siyasi spektrdə millət və dövlət məsələsində hər hansı fikir ayrılığı olmadığının bariz göstəricisi hesab oluna bilər”.





Həftənin ən çox oxunanları