Yuxarı

Qafqaz ölkələri üçün xilas modeli?

Qafqaz ölkələri üçün xilas modeli?

Qafqaz ölkələri üçün xilas modeli?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2007-ci il iyulun 18-də Prezident İlham Əliyevin Batumiyə səfəri zamanı keçirilən birgə mətbuat konfransında Azərbaycanla konfederasiya təklifini səsləndirmişdi.

O zaman Gürcüstan prezidenti olan Mixail Saakaşvilinin Azərbaycanla konfederasiya təklifinin icrası istiqamətində Tbilisidə müzakirələr qızışmışdı. Rusiyanın həm Gürcüstana, həm Azərbaycana göstərdiyi təzyiqlərə qarşı belə bir addımın atılmasını zəruri bilən Saakaşvilinin bu fikri, nədənsə sonradan gündəmdən çıxdı.

Lakin bu gün Rusiyanın münasibəti və ermənilərin təxribatları Türkiyə, Azərbaycan və Gürcüstanın ümumi təhlükəyə qarşı bir cəbhədə dayanma zərurətini meydana gətirib.

Maraqlıdır, Rusiyanın təzyiqlərinə və daxildə erməni təxribatlarına qarşı Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığının güclənməsi məsələsi gündəmə gələ bilərmi?

"Cümhuriyət”ə açıqlamasında "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, 1993-cü il 4 iyun qiyamı olmasaydı bu məsələlər çoxdan reallaşmışdı: "İndi faktiki olaraq post-sovet ölkələri imperiyanın caynağından qurtarmışdılar. Ağıllı adamlar daha çox Saakaşvilinin təklif etdiyi variantı düşünür. Şaakaşvili də ağıllı adamdır. Demokratdır, mübarizə adamıdır. Eni zamanda o idealist siyasətçidir və belə olduğuna görə, keçmişi də bilir, gələcəyə də baxır. O bilir ki, mövcud coğrafiyada Gürcüstanın yeri Türkiyə və Azərbaycanla yaxınlaşmaqdır. Onun Azərbaycanla konfederasiya təklifini irəli sürməsi diplomatik bir fikir idi. Yəni biz o həddə qədər yaxınlaşa bilərik ki, bir-birimizə etibarımız konfederasiyaya qədər inkişaf edə bilər. Strateji olaraq bu 3 dövlətin yaxınlaşması, regional və geopolitik təhlükəsizlik məsələlərində eyni ortaq dəyərləri paylaşmaları onların gələcəyi üçün çox ciddi təminatdır. Bu bütövlükdə Cənubi Qafqazın etnik separatçılıqdan, radikal qarşıdurmalardan təmizlənməsi deməkdir. Biz də, gürcü xalqı da və Türkiyədə sağlam düşərgə və rəsmi hakimiyyət də bunu istəyir. Amma görünür, idarəçilərin siyasi iradələrində olan boşluqlarda Rusiyanın siyasi diktəsi mövcuddur. Bu Gürcüstanda da, Azərbaycanda da var və bizi geri salır. Rusiya bu bölgələri konflikt zonası statusunda saxlayaraq öz maraqlarını təmin etmək üçün istifadə edir. Bu statusu da aradan qaldırmağın yeganə yolu sözügedən modeldir. Mən özüm də zaman-zaman o modeli gündəmə gətirib dəstəkləyənlərdən biri olmuşam. Vaxtilə Əbülfəz Elçibəy və ayrı-ayrı siyasi xadimlər də bunu gündəmə gətiriblər. Azərbaycanın siyasi təzyiqlərdən xilas olmasının yeganə yolu Türkiyə ilə vahid çətir altında birləşməyin yolunu tapmaqdır. O konfedarasiyanın hansı modelləri ola bilər, hansı ortaq idarəetmə sistemləri ola bilər, hansı ortaq təhlükəsizlik məsələləri ola bilər? Bu milli, idealist, daha çox bu bölgədə barış və sülhü istəyən qüvvələrin işidir”.

Zəlimxan Məmmədli bu konsepsiyanın həyata keçməsinin hansı şəraitdə mümkün ola biləcəyindən də danışıb: "Bu məsələ masanın üzərinə qoyulub həll oluna bilər. Bu siyasi iradə üçün əsas yetişərsə, mütləqdir və zəruridir ki, Azərbaycanı və Gürcüstanı təhdid edən məsələlər aradan qalxsın, hər iki dövlətin müstəqilliyi daimi olsun. Bu baxımdan həmin məsələnin gündəmə gəlməsini təqdir edirəm. Ukrayna kimi dövlət inkişaf naminə başqa millətin nümayəndəsini hakimiyyətə gətirir. İslahat əsaslı və planlı olmalıdır. Ya idarəçinin özü islahatçı olmalıdır, ya da onun ətrafında belə komanda olmalıdır. Ümumiyyətlə islahat sadədən mürəkkəbə idealist adamların işidir. Praqmatik adamlar bugünki vəziyyətlə qane olur və mövcud həyatın yaşayır. Bizim də bu islahatlar üçün hərtərəfli imkanlarımız var”.

Əli Bədir





Həftənin ən çox oxunanları