Yuxarı

Rusiya ordusu Türkiyə sərhəddinə cəmlənir

Rusiya ordusu Türkiyə sərhəddinə cəmlənir

İdlib şəhəri isə bombalanır rus ordusuRusiya Müdafiə Nazirliyinin İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə aviazərbələr endirməsi barədə məlumatının yalan olduğu üzə çıxıb. ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiya təyyarələrinin İŞİD-I deyil, Əsədə qarşı vuruşan müxalifətin mövqelərini bombaladığını açıqlayıb. Türkiyə mediasının verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 M və Su-25 təyyarələri Azad Suriya Ordusunun və Bəşər Əsədə qarşı mübarizə aparan “Əl-Fətih” təşkilatının mövqelərinə bomba-raket zərbələri endirib. Qeyd edək ki, “Əl-Fətih” təşkilatına “Əl-Qaida”nın “Ən-Nüsrə” cəbhəsi və Əhrar-əş-Şam adlı silahlı birləşmələr daxildir. “Əl-Fətih” İŞİD qruplaşmasına qarşı silahlı mübarizə apardığından Rusiyanın bu hərəkəti təəccüblə qarşılanıb. Bombardman zamanı 36 nəfər dinc sakin də həlak olub. Rusiya təyyarələri dünən gecə Türkiyə-Suriya sərhəddində yerləşən və Suriya müxalifətinin nəzarətində olan İdlib şəhərinə havadan 20 raket zərbəsi endirib. Livanın “Mayadiin” televiziya kanalının verdiyi məlumata görə, dünən Rusiya təyyarələri Suriya müxalifətinə qarşı 30 əməliyyat keçirib. Suriya İnsan Haqlarının Müşahidəsi Mərkəzi Rusiyanın ABŞ tərəfindən dəstəklənən “Təcimül İzzət” qrupunun da mövqelərini bombaladığını açıqlayıb. Türkiyənin “Sabah” teelekanalının verdiyi son məlumata görə, hazırda Rusiya Türkiyənin Eskişəhr vilayətinin cənub sərhəddindəki Türkmən dağına 30-dan artıq tank və xeyli sayda əsgər cəmləşdirib. Bu isə Türkiyə tərəfindən narahatlıqla izlənilir. Müşfiq  





Həftənin ən çox oxunanları