Yuxarı

Rusiyanı bürüyən sosial narazılıq: Milli subyektlər mərkəzdən ayrıla bilər

Rusiyanı bürüyən sosial narazılıq: Milli subyektlər mərkəzdən ayrıla bilər

Rusiyanı bürüyən sosial narazılıq: Milli subyektlər mərkəzdən ayrıla bilər

Artıq bir neçə gündür ki, Rusiyanın Xabarovsk şəhərində izdihamlı mitinqlər keçirilir.

Mitinq iştirakçıları sabiq qubernator Sergey Furqalın azadlığa buraxılmasını tələb etməklə yanaşı, Kreml əleyhinə şüarlar səsləndirirlər.

Etirazlar digər şəhərlərə də yayılmağa başlayıb.Bununla bərabər Başqırdıstanda da Rusiyanın istismar və imperializm siyasətinə qarşı aksiyalar başlayıb.

Rusiyanı çalxalayan sosial narazılıq böyüyə bilərmi?Milli subyektlər də aksiyalara qoşulacaq?

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Rusiya Başqırdıstanda baş verən aksiyalara zamanında reaksiya verməsə, nümayişlər etnik zəminə keçə bilər:

"İstər Başqırdıstanda, istərsə də Xabarovskda baş verən hadisələr daha çox sosial məzmunludur. Yəni hər iki halda etirazçılar Rusiyanın bu bölgələrdəki sosial- iqtisadi siyasətindən narazılıq edirlər.Doğrudur, Başqırdıstanda baş verənləri etnik zəmində dəyərləndirmək olar. Nəzərə almaq lazımdır ki, başqırdlar türkdilli xalqlardandır və islam dininə mənsubdurlar. Bu mənada Qərb ekspertləri Başqırdıstan, Tatarıstanda və ya Rusiyanın bu coğrafiyadakı digər bölgələrində yaşana biləcək hadisələrin sonradan etnik zəmində böyüyə biləcəyi ilə bağlı müəyyən mövqedən çıxış edirlər.Əslində, Qərb də öz ümidlərini bu zəmində baş verə biləcək hadisələrə yönəldir. Zamanında SSRİ-nin çökməsini hədəfləyən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hələ keçən əsrin 60- cı illərində işlənib hazırlanmış bir sıra konsepsiyalar var. Bu konsepsiyalardan biri SSRİ-nin çökdürülməsi üçün sürətlə silahlanmanı nəzərdə tuturdu ki, bu Sovet iqtisadiyyatının çökdürülməsini hədəfləyirdi. Digər siyasət isə millətlərarası baş verən insidentlər, toqquşmalar idi ki, bu istiqamətdə ilk real addımlar da Dağlıq Qarabağda atıldı. Yəni Dağlıq Qarabağda başlamış olan münaqişə o zamanlar Sovet rəhbərliyinin bu məsələyə vaxtında və yetərli münasibət bildirməməsi səbəbindən, eyni zamanda birtərəfli mövqe sərgiləyib erməniləri müdafiə etməsi metastaz effekti verdi. İndi də Başqırdıstanda baş verən hadisələrə bu konteksdə yanaşırlar.Etiraf etmək lazımdır ki, Tatarıstan istisna olmaqla, Rusiyanın digər bölgələrində yerli xalqların öz dillərində təhsil almaq imkanı ibtidai sinif səviyyəsindədir.Bu da yerli xalqların sıxışdırılması deməkdir.Yəqin elə buna görə Rusiya Krımın ilhaqından sonra burada 3 dilin dövlət statusuna yüksəlməsinə şərait yaratdı.Yəni burada Rus, Ukrayna və Krım dili (tatar) dövlət statusuna qəbul edildi.Rusiyada məlum sosial hadisələr Kremli düşündürməlidir.Çünki ən azı Qərbin enerji təhlükəsizliyində önəmli rol oynayan, bundan milyardlarla qazanc əldə edən Rusiyanın uzaq kəndlərində qaz tapılmır.Ya da həmin əraziyə qaz xətti çəkilməyib.Bu da həmin bölgədə yaşayan xalqlararın etirazlarına səbəb olmaya bilməz”.

Politoloq əlavə edib ki, İslam dininə mənsub olan həmin dövlətlərin Rusiyaya etirazı bütün hallarda Türkiyənin bu bölgədə möhkəmlənməsinə gətirib çıxara bilər:

"Eyni zamanda qubernator Furqalın həbsi bu hadisələrin əsas səbəblərdən biri idi. Çünki Furqal qubernator olduğu dönəmdə o ərazilərin sosial durumu yaxşı idi.Görünür, burada başqa faktorlar da oldu.Sistem müxalifətini dəyişmək üçün Kremlin atdığı addım özünü doğrultmadı.Amma bütün hallarda bu bir siqnal olmalıdır.Rusiya etirazları yatırmaq və nümayişçilərin tələblərini yerinə yetirmək üçün müəyyən addımlar atmalıdır. Vaxtında bu addımları atmasa, xüsusən Başqırdıstanda qalxmış etirazçıların tələbləri tezliklə qəbul olunmasa, bu SSRİ- nin çökməsi ilə nəticələnmiş məlum hadisələrin təkrarına səbəb ola bilər. Yəni Başqırdıstan hadisələri geniş miqyasda yayılıb Rusiyaya ciddi başağrısı ola bilər. İslam dininə mənsub olan həmin dövlətlərin Rusiyaya etirazı bütün hallarda Türkiyənin bu bölgədə möhkəmlənməsinə gətirib çıxara bilər.Amma düşünürəm ki, Türkiyə ilk növbədə öz mövqelərinin Azərbaycanda və Mərkəzi Asiya ölkələrində mövqelərinin gücləndirilməsi ilə bağlı ciddi layihələrə malikdir.Türkiyənin bütün layihələrini həyata keçirmək üçün ciddi iqtisadi maliyyə resursları çatmır.Ona görə də perspektivdə həmin hadisələr sözügedən bölgələrdə təsir imkanların gücləndirilməsinə gətirib çıxarda bilər.Tarixi kontekstdən baxsaq görərik ki, zamanında Osmanlı dövləti Başqırdıstan, Həştərxan və Kazan xanlıqlarının Rusiya tərəfindən işğalının qarşısını ala bilsəydi, Kremlin bu bölgələrdə möhkəmlənməsi mümkün olmayacaqdı.Amma o zaman Osmanlı bu layihəni realizə edə bilmədi və nəticədə həmin ərazilər Rusiyanın təsir dairəsinə düşdü.Uzun müddət həmin bölgələrdə türkdilli xalqların assimiliyasiyası, onların dilinin sıxışdırılaması ilə bağlı addımlar atıldı. Amma Rusiya əhalinin 30 faizi islam dininə etiqad edir. Bu da Kremli düşündürdü.Ona görə də o, həmin bölgələrdəki münasibətləri özünün anlaşma müstəvisinə gətirmək istəyirdi”.

Əli Bədir





Həftənin ən çox oxunanları