Yuxarı

Belarus savaş astanasında: Münaqişə hər an alovlana bilər

Belarus savaş astanasında: Münaqişə hər an alovlana bilər

Belarus savaş astanasında: Münaqişə hər an alovlana bilər

Belarusun Müdafiə naziri Viktor Xrenin dövlət başçısı Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən müşavirədə deyib ki, 18 NATO F-16 qırıcısı Polşa aerodromlarından Belarus sərhədlərinə uçmağa hazırlaşır.Onların məqsədi Prezident Lukaşenkonu devirmək üçün hərbi əməliyyat keçirməkdir.

Onun sözlərinə görə, Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan destruktiv qüvvələr qərb sərhədindən keçərək Belarusa daxil ola bilərlər.

Eyni zamanda Qərbin "öz xalqının soyqırımı” anlayışı ilə hərəkətə keçəcəyi və hərbi müdaxiləyə əl atacağı barədə məlumatlar var. Qeyd edək ki, zamanında Serbiyada da Bosniya müsəlmanlarına qarşı soyqrım olduğu bildirilərək silahlı müdaxilə olunmuşdu.

"İlk növbədə, dövlət sərhədimizin bilavasitə yaxınlığında yerləşən yüksək hazırlıqlı hissələrin və bölmələrin tətbiqi ilə Belarusa hücum gözlənilir”, - deyən V.Xrenin qeyd edib ki, hava dəstəyi üçün təcavüzkarlar bu yaxınlarda Almaniyadan Polşadakı Lask aviabazasına köçürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin "18 F-16" qırıcısından istifadə edə bilərlər:

"Həmin aviabazadan Belarus dövlət sərhədinə uçuş müddəti təxminən 22 dəqiqədir”.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında Qərbin Belarusa silahlı hücumunun mümkün olmadığını deyib:

"Mən Qərbin Belarusa "F-16"-larla hücumunu mümkünsüz hesab edirəm. Çünki Qərb hərbə əl atacaqsa, onda Rusiya dərhal Belarusa köməyə gələcək. Bu isə yeni dünya müharibəsi üçün başlanğıc ola bilər. Yəni çox təhlükəli bir vəziyyət yarana bilər.Qərbin nəyisə əsaslandırıb Belarusa hücum etməsini mümkünsüz hesab edirəm.Hesab edirəm ki, Qərbin bu manevri Belarusu qorxutmaq məqsədi güdür.Çünki Belarusda müxalifətin əlaqələndirmə şurasının bəzi üzvləri həbs olunub.Bunu səbəb seçə bilərlər.Amma bu səbəblə Belarusa silahlı hücum çox qanlı toqquşmalara və daha da xoşagəlməz vəziyyətin yaranmasına gətirib çıxara bilər.Zamanında Serbiyaya da silahlı hücum olub.Amma Serbiya ilə Belarus gerçəkliyini eyniləşdirmək olmaz.Serbiyada söhbət soyqırımından gedirdi.Bununla bərabər Bosniya və Hersoqovinada sayı 10 mini keçmiş Bosniya müsəlmanlarına qarşı soyqırımın baş verməsindən söhbət gedirdi.Amma indi bunu söyləmək çətindir”.

Ekspert hesab edir ki, Rusiya heç cür Belarusu Qərbə güzəştə getməyəcək:

"Belarus ərazisində Rusiya ordusunun idarə edilməsi ilə bağlı bir sıra qurğular yerləşir. Az qala baza statusunda texniki qərargahlar var. Bu qərargahlarda Rusiya ordusunun texniki heyətinin idarə etdiyi həm dənizdəki hərbi dəniz qüvvələrinin rabitə qaydasını əlaqəyə salan, həm də hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumatları ötürən xüsusi qurğular daxildir. Bu da Rusiyaya əsas verər ki, həmin obyektləri başqa bir dövlətin ələ keçirməsinə imkan verməsin.Rusiya Belarusu təslim etməyəcək”.

Əli Bədir





Həftənin ən çox oxunanları