Yuxarı

Eldar Əzizovun komandası, Zakir Fərəcovun siyahısı

Eldar Əzizovun komandası, Zakir Fərəcovun siyahısı

Eldar ezizov zakir ferecov Eldar Əzizov Sumqayıtdan getsə də şəhər təsərrufatına yaratdığı problem və özündən qalan kadr problemi qalmaqdadır. Sumqayıta təyin olunmuş Zakir Fərəcov elə ilk toplantıda çoxlarına barmaq silkələdi. Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu zaldan qovdu. Sumqayıt şəhər bələdiyyəsinin sədri, Əbülfəz Babayevi sərt tənqid etdi. Masazır bələdiyyəsini ona nümunə göstərdi. Sumqayıt şəhər bələdiyyəsinin binasının olmamasına görə Ə.Babayevi qınadı. Toplantıda Z. Fərəcov bələdiyyə sədri Ə.Babayevə ciddi tapşırıqlar verdi. 25 və 10 saylı maşurut yollarının asvaltlanmasına konkret olaraq 10 gün vaxt ayırdı. Amma buna baxmayaraq, yeni başçı Əzizovun dəstəsinin təmizləməsinə xeyli vaxt itirməli olacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən sızan məlumata görə,  Fərəcov Əzizovun özü ilə Gəncədən gətirdiyi müavini Rövşən Sadıqovu işdən çıxarmasının xüsusi səbəbi olub. Belə ki, Sadıqov İsmayıllıda başçı işləyərkən bir sahibkarın obyektinin sökülməsinə göstəiş verir. Sahibkar və isə bununla barışmır və adamları ilə onun xidməti maşınını yandırmağa cəhd edir. Qismən də bu istəyi reallaşdırırlar. Zakir Fərəcovun qəzəbinə tuş gələrək, vəzifəsini itirəcək adamların siyahısı gündən-günə genişlənir. Bunların içərisində olanların biri şəhər polisində müavin işləyən Süleyman Nəhmətovdur. Digər bir şəxsin isə Yol Polisinin rəisi Bayram Zeynalovun olacağı deyilir. Xatırladaq ki, Bayram Zeynalov şeyxin qohumudur və “Hacı Mazan” kimi tanınan Hacı Ramazanın oğludur. Sumqayıtda danışılan əsas mövzulardan biri Əzizovdan qalma kadrların “girovluq”da olmasıdır. Onların tək-tək vəzifəsini itirməsi gözlənilir. Şəhərsalma və Memarlıq İdarəsinin müdir müavini Kamil Məmmədov, icra başçısının digər müavini Sahib Quliyev də “növbə” gözləyənlərdəndir.   Şakir      





Həftənin ən çox oxunanları