Yuxarı

Türkiyənin qorxunc PUA-ları ordumuzun ixtiyarına verilib

Türkiyənin qorxunc PUA-ları ordumuzun ixtiyarına verilib

Türkiyənin qorxunc PUA-ları ordumuzun ixtiyarına verilib

Azərbaycan səmasında Türkiyəyə məxsus "ANKA-S” pilotsuz uçuş aparatlarının (PUA) hərəkəti qeydə alınıb.

Cebhe.info-nun məlumatına görə, "Siyasi icmal” "Telegram” kanalının müəllifləri bu barədə xəbər yayıb.

Hərbi mütəxəssislərin ehtimalına görə, bu, çoxfunksiyalı PUA-ların Azərbaycanın hərbi arsenalına daxil edilməsinə icazə verdyini göstərir.

Mənbə qeyd edir ki, 2020-ci ilin iyul ayından etibarən Bakının "Turkish Aerospace Industries” (TAI) müdafiə şirkəti tərəfindən istehsal edilmiş PUA aldığı barədə mətbuatda söh-söhbətlər dolaşır.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov iyunun 22-də Bakının Ankaradan zərbə dronları almaq niyyətində olduğunu demişdi.

Jurnalistin "Bakı Suriya və Liviyadakı əməliyyatlar zamanı uğur nümayiş etdirən türk PUA-larını satın almağı planlaşdırırmı”sualına cavabında Azərbaycanın müdafiə naziri artıq bu istiqamətdə işlərin artıq aparıldığını və müəyyən nəticələr əldə edildiyini bildirib.

Qeyd edək ki, "ANKA-S” PUA-ları Suriyada YPG terror təşkilatının mövqelərini və Bəşər Əsəd ordusunun Rusiyadan aldığı ən müasir "Pansir-S1” hava hücumundan müdafiə sistemlərini darmadağın etmişdi.

Eynilə, Liviyada Xəlifə Həftərin başçılıq etdiyi silahlı qiyamçılara qarşı gedən döyüşlərdə "ANKA-S” PUA-ları düşmənin Rusiyadan və Birləşmiş Ərəb Əmirliklərindən aldığı "Pansir-S1” HHM sistemlərini və radiolakasiya qurğularını raket zərbələri ilə məhv edib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları