Yuxarı

Baş redaktor: "Onların əməlləri jurnalist etikasına sığmır"

Baş redaktor:

Baş redaktor: "Onların əməlləri jurnalist etikasına sığmır"

Məlum olduğu kimi, sentyabrın 27-də Vətən müharibəsi başlayandan bəri Ali Baş Komandan İlham Əliyevin nüfuzlu media orqanlarına müsahibələri yayımlanır.

Oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibədə isə almaniyalı müxbirin təxribat xarakterli suallarına dövlət başçısı yüksək səviyyəli və rassional cavablar verib. Nəticədə almaniyalı jurnalisti həm də dünya siyasəti və münaqişənin tarixi ilə bağlı məlumatlandırmış olub. Ancaq ARD kanalı İlham Əliyevin 26 dəqiqəlik müsahibəsinin cəmi 7-8 dəqiqəsini efirə verməklə tərəfli davrandığını ortaya qoyub.

Müsahibəni götürən müxbir onu olduğu kimi televiziya rəhbərliyinə təqdim etdiyini, ancaq kanal rəhbərliyinin 26 dəqiqəlik müsahibəsinin cəmi 8 dəqiqəsini efirə verdiyini bildirib. Bu isə demokratik dəyərlərə hörmət etməyin vacibliyini bildirən bir ölkədə media etikasının kobud şəkildə pozulduğunun göstəricisidir.

Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bu faktın özü Ermənistanın bizə yalnız hərbi meydanda deyil, eyni zamanda diplomatiya və informasiya sahəsində də uduzduğunu göstərir:

"Ona görə Ermənistan deyirəm ki, həmin müsahibənin götürülməsində belə qərəz özünü aydın göstərirdi. Jurnalist demək olar ki, sırf Ermənistanın maraqları kontekstindən çıxış edirdi. Çox güman ki, onlar başqa bir nəticə gözləyirdilər. Hesab edirdilər ki, verilən cavablarla Ermənistanın 30 illik işğal siyasətini daha yaxşı təbliğ edə biləcəklər. Amma verilən cavablar-buna hətta "diplomatik atəş” də deyə bilərik-qərəz mediasını tamamilə susdurdu. Başqa variant tapa bilmədikləri üçün çıxış yolunu belə addım atmaqda gördülər. Bu səbəbdən də 26 dəqiqəlik müsahibənin cəmi 8 dəqiqəsini göstəriblər. Bu, yalnız Almaniya ilə bağlı olan məsələ deyil. Ölkə başçısından müsahibə götürən bir çox əcnəbi jurnalistlərdə qərəz hiss edilir. Sanki onlar informasiya müharibəsini uduzan Ermənistanı hansısa formada xilas etmək istəyirlər. Onları dünyaya Azərbaycan tərəfindən əzilən zümrə obrazında təqdim etməyə çalışırdılar. Mənim onlara dövlət deməyə dilim gəlmədiyi üçün onları "zümrə, terror qruplaşması” adlandırıram”.

Baş redaktorun fikrincə, Prezidentin verdiyi cavablar sübut etdi ki, buna nail olmaq asan deyil:

"Ritorik suallarla çalışırdılar ki, bizim haqlı mövqeyimizi başqa istiqamətə yönəltsinlər. Prezidentin son dərəcə səlist və dünyanı mat qoya biləcək cavabları onlara bu imkanı tanımadı. Jurnalist deyir ki, müsahibəni olduğu kimi təqdim edib, lakin televiziya ona kəsilmiş formada verib. Bu, daha da pis. Belə çıxır ki, bu təxribatın içində bütün kanal və onun rəhbərliyi var. Bununla həmin kanal söz azadlığına, demokratik dəyərlərə olan yanaşmasını ortaya qoydu. Sübut etdi ki, onların əməlləri jurnalist etikasına sığmır. Soydaşlarımız haqlı olaraq buna öz etirazını bildirir. Hesab edirəm ki, bizim də jurnalist cameəsi, QHT-lər həm jurnalistə, həm də kanalın rəhbərliyinə öz etirazını bildirməlidir.

Bu, bizim haqqımızdır. Biz öz haqq səsimizi hətta belə qərəz medaialarına da çatdırmaq üçün bütün mümkün variantlardan istifadə etməliyik. Hazırda Azərbaycanın bütün spektri bir yerdədir və düşmənə qarşı mübarizə aparır. Bu, bizim ilkin qələbəmizi şərtləndirir, son qələbəmizi isə yaxın günlərdə əsgərlərimiz bizə ərmağan edəcəklər”.





Həftənin ən çox oxunanları