Yuxarı

Baş redaktor: "50 partiyanın eyni mövqedən çıxış etməsi hərb tarixində görünməmiş hadisədir”

Baş redaktor:

Baş redaktor:

"Ölkədəki həmrəylik ranqından asılı olmayaraq, xarici və daxili düşmənləri çox narahat edir. Gözləntilərinə görə, bu birlik qısa sürəcdə dağılmalı, onların illərlə qurduqları şəbəkə yenidən aktivləşərək, fikrimizi, diqqətimizi müharibədən yayındırmalıydı. Olmadı deyə çox narahatdırlar. Ona görə də gözlərindən görünən, dillərindən eşidilən ilk sual bu olur ki, "niyə və nədən axı!?” Düşüncə və təbirlərinə görə, siyasi partiyalar bu birlikdə olmalı deyildi”.

Bunu "Cümhuriyət” qəzeti və Cebhe.info-nun baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, ölkənin gündəmini əsaslı olaraq siyasi partiyalar müəyyənləşdirir:

"Bu gün siyasi təşkilatlar hakimiyyətlə, orduyla çiyin-çiyinədir. Cəmiyyətdə əməkdaşlıq, anlaşma və dialoq mühiti yaranıb. Müxtəlif xarici dəstələrin çaba verib zaman-zaman qurduqları tor sökülüb. Bəlkə də hərb tarixində görünməmiş hadisədir ki, 50 siyasi partiya eyni mövqedən çıxış edərək, ordunun, Ali Baş Komandanın yanında yer aldığını bəyan edir. Hazırda pozulması ehtimal olunmayan qarşılıqlı etimad mühiti var.

Siyasi və ya dini baxışından, dünyagörüşündən, düşüncəsindən asılı olmayaraq, Vətən sevdalısı olan hər kəs, siyasi toplum, icma, fərd Orduya, Ali Baş Komandana etimad edir, etibar edir, güvənir!”

R.Becanovun fikrincə, Azərbaycanda müharibənin yaratdığı birliklə bərabər, siyasi açılımdan doğan bir birlik də var:

"Bunu ölkənin istər hərb, istərsə də siyasi meydanında uğurların leymotivlərindən hesab etmək olar. Bu etimaddan, inamdan və birlikdən narahat olanlar ənənəvi olaraq, "keçəl həmzə”liklərini sürdürməyə çalışırlar. Arzuları xalqın birliyini pozmaqdır. Ona görə də "kolon"larını yenidən "iş başına” keçirməyə cəhd edirlər. Emin Hüseynov kimi, Arzu Qeybulla kimi "təxribat vintcikləri”ndən istifadə etmək istəyirlər. Emin Hüseynov təxribat törətmək üçün müharibədə Azərbaycanın itki sayından danışır. Özündən rəqəm deyir. Yəni bütün təxribatları dənəyir. Erməni tərəfinin azərbaycanlı şəhidlər barədə yalan xəbərlərindən az qala mötəbər mənbə kimi istifadə etməyi belə özünə rəva bilir, bununla da "öz mötəbər mənbəyi” olan ermənidən heç də geri qalmayan davranış sərgiləməyə çalışır.

Türkiyədə yaşayan ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar işləyən, indi isə Vaşinqtonda yaşayan Arzu Qeybulla başqa nələrdənsə danışır. Məqsədləri xalqın fikrini yayındırmaq, beləcə də qrant aldıqlarının arzusunu çin etmək və Sorosun Paşinyanın qorumağa çalışmaqdır. Paşinyan bitmiş, bağlanmış bir səhifədir. Sorosun işlənmiş kağızıdır. Azərbaycan ordusunun qələbələri, rəşadəti təkcə Paşinyana deyil, onun timsalında bütün erməni faşistlərinə tarixin dərsini verir”.





Həftənin ən çox oxunanları