Yuxarı

Bakıdan uçan təyyarə, ölümdən qurtulan Stalin və məzara gömülən sirr:Erməni Gohar iranlı Əmirə necə çevrildi?

Bakıdan uçan təyyarə, ölümdən qurtulan Stalin və məzara gömülən sirr:Erməni Gohar iranlı Əmirə necə çevrildi?

Bakıdan uçan təyyarə, ölümdən qurtulan Stalin və məzara gömülən sirr:Erməni Gohar iranlı Əmirə necə çevrildi?
Bu günlərdə sovet kəşfiyyatçısı Gohar Vartanyan vəfat edib.

Bu ad sovet kəşfiyyat tarixində hələ uzun illər qalacaq.

İllər əvəvl vəfat eədn həyat yoldaşı Gevorq ilə birlikdə sovet kəşfiyyatına vacib olan məlumatları toplamaq üçün dünyanın müxtəlif yerlərində uzun illər çalışsalar da, barələrdində fikir birmənalı deyil.  Səbəb isə həaytlarının bir ölkə ilə yox, müxtəlif ölkələrlə bağlılığı olub. Bu cütlük bir vaxtlar Anita və Henri təxəllüsləri ilə tanınıb. Çox sayda əməliyyatın iştirakçısı olan Anita və Henrinin hələ də məxfi saxlanılan əməliyyatları var. Elə öz həyatları kimi… 

Cebhe.info xəbər verir ki, 1943-cü ildə Tehranda anti-Hitler koalisiyası ölkələrinin rəhbərlərinə - Stalin, Ruzvelt və Çörçillə alman xüsusi xidmət orqanlarının törədəcəyi sui-qəsd cəhdinin qarşısının alınmasında da bu cütlüyün adı çəkilir.

Erməni Əmirin ingilislərə təşəkkürü

Gohar Vartanyan (ata soyadı Pəhləvanyan) 1926-cı ilin 5 yanvarda Ermənistanın Leninakan (indiki Gümrü) şəhərində anadan olub. 1932-ci ildə onun ailəsi İranın Tehran şəhərinə köçüb, atası sahibkarlıqla məşğul olmağa başlayıb. Goharın həyatı köklü surətdə dəyişib. Hələ yeniyetmə olarkən gələcək həyat yoldaşı Gevorqla tanış olub. Gevorqun ailəsi də 30-cu illərdə Tehrana köçən ermənilərdən idi. Atası Andrey Vartanyan Ermənistanda yağ-piy kombinatının direktoru işləyib. Xaricdə isə şirniyyat fabriki açıb. Əslində isə, Andrey Vartanyanın əsas işi SSRİ-nin maraqlarına cavab verən kəşfiyyat idi. Buna görə də onu tez-tez casusluqda günahlandırılaraq tuturdular və hər dəfə də sübut olmadığı üçün sərbəst buraxılırdı. Andrey Vartanyan ailəsində öz kəşfiyyat fəaliyyəti barədə heç nə danışmırdı, amma Gevorq bir gün təsadüfən bunu öyrəndi. Bundan sonra atası oğlunu da kəşfiyyat işinə cəlb etdi və ona sadə təlimatlar verdi. Məsələn, hər hansı bir şəxsə məlumatı çatdırmaq… Nəticədə Gevorq ömrünün 23 ilini kəşfiyyata həsr edən atasının yolu ilə getməli oldu. 1940-cı ildə 16 yaşlı Gevorq Yaxın Şərqdə sovet kəşfiyyatının tehranlı nümayəndəsi İvan Ağayantsla görüşdü. Ağayants Gevorqun fəaliyyətini layiqincə qiymətləndirdi və ona kəşfiyyat qrupu yaratmağı tapşırdı. Gevorq bu kəşfiyyat qrupuna öz bir neçə həmyaşıdını cəlb etdi. Kəşfiyyat qrupu qeyri-formal olaraq "Yüngül süvarilər" adlandırılırdı. Gənc kəşfiyyatçıların əsas işi velosipedlə Tehranı dolaşmaq idi. Daha mükəmməl nəqliyyat vasitəsi olan "Zundapp" motosikleti 1942-ci ildə onlara verildi. Elə həmin il Gevorq "Əmir” təxəllüsü ilə fəaliyyət göstərməyə başladı və çox məsul bir tapşırıq aldı. Sovet kəşfiyyatının açıqladığı kimi, Britaniya xüsusi xidmət orqanları Tehranda casus və təxribatçıların təlim keçdiyi məktəb yaratdılar.

Gevorqa həmin məktəbə şagird kimi qatılmaq tapşırılmışdı. Gevorq bunu bacardı və müsahibədən uğurla keçərək məşğələlərə başladı. Bu manevr ilə məktəbin bütün şagirdləri sovet xüsusi təyinatlılarının  müşahidəsi altında idi. Onlardan kimsə SSRİ sərhədini keçməyə cəhd edəndə tutulub edam edilirdi. Britaniyalılar tezliklə başa düşdülər ki, onların bütün planları puça çıxıb və beləliklə, məktəbi bağlamağa məcbur olurlar. Gevorq nəinki Sovet İttifaqına kömək edirdi, eyni zamanda kəşfiyyatçı üçün bütün qaydaları öyrənir və şifrələmə bacarığını da mənimsəyirdi. Gevorq Vartanyan uzun illərdən sonra belə deyirdi: "Mən ingilis kəşfiyyatına çox minnətdaram,  o, mənə 6 ayda çox biliklər öyrətdi. O bilikləri ki, mənə işimdə lazım gəlirdi". 

Müharibə,  sevgi və edam...

Gevorq tez-tez dostu Ohanes Pəhləvanyangilə gedir və onların həyətində yetişmiş narlardan yeyirdi. Orada Ohanesin 13 yaşlı bacısı Goharla tanış olur və ona "Yüngül süvarilər” kəşfiyyat qrupuna daxil olmağı təklif etdr. Gohar buna məmnuniyyətlə razılıq verdi. Gənc kəşfiyyatçı qız ilk aylarda özünü bu işdə doğrultdu, o, iki sovet fərari təyyarəçini izləməyi bacardı. Həmin pilotlar öz təyyarələrində Bakıdan Tehrana uçmuşdular. Sonra isə faşistlərə qoşulmalı idilər.Goharın fəaliyyəti bunun qarşısını aldı. Bir neçə ildən sonra 18 yaşlı Gevorq və 16 yaşlı Gohar arasında sevgi romanı başladı.Hər ikisi bir birinə aşiq olmuşdu. "Yüngül süvarilər” kəşfiyyat qrupunun işi davam edirdi.Onların əməyi nəticəsində 1940 - 41 - ci illərdə 400 alman agenti zərərsizləşdirilmişdi. Onlar alman casuslarının inamını qazanmışdılar. O casuslardan biri də Tehranda kitab mağazası açan Hans Valter idi. Ondan alıcı qismində faşist casusları məlumatlar alır, Gevorq və onun dostları kitab həvəskarı qismində tez-tez Valterin yanına gedirdilər. Valter heç ağlına da gətirməzdi ki, bu gənclər kəşfiyyatçıdırl, ona görə də onlarla hər şeyi açıq danışırdı. Hans onlara deyirdi ki, faşistlərin bu müharibədə qələbə qazanacağına inanmır. Amma buna baxmayaraq, özününkülərə kömək edir. Nəticədə Valteri edam etdilər, ona görə ki, o, sovet kəşfiyyatçıları ilə əməkdaşlıq edirdi.

Ən məşhur tapşırıq

Gohar və Gevorqun ən məşhur tapşırığı 1943-cü ilin noyabrında Tehranda SSRİ Ali Baş Komandanı Stalin, ABŞ Prezidenti Ruzvet və İngiltərə Baş naziri Çörçilin görüşü zamanı oldu. Bu görüşdə ikinci cəbhənin açılış vaxtı müzakirə edilməli idi.

Adolf Hitler Tehran görüşünə hazırlığı öyrənən kimi bir zərbə ilə bütün baş rəqibləri məhv etmək haqqında fikirləşdi. Çörçili yerindəcə öldürmək, Ruzvelti tutaraq insanların gözü qarşısında edam etmək, Stalini isə əsir götürərək Almaniyaya gətirmək. Gizli əməliyyata "Uzununa tullanma" şifrəli adı verildi və 1943-cü ilin oktyabr - noyabr aylarına planlaşdırıldı. Hitler aparatının əməkdaşı Hans Ulrix Ortel alman xüsusi xidmətinin planını sovet kəşfiyyatına çatdırmağa "kömək etdi". Belə ki, sərxoş Ortel bu əməliyyat haqqında leytenant Paul Zibertə danışdı. Paul Zibert isə əslində, əfsanəvi kəşfiyyatçı Nikolay Kuznetsov idi. Kuznetsov elə həmin andaca məlumatı Moskvaya ötürdü və bu əməliyyat "Yüngül süvarilər" kəşfiyyat qrupuna tapşırıldı. Onlar bu əməliyyatı ləğv etməli idilər.

Gənc kəşfiyyatçılar yaxşı hazırlanmış ssenariyə görə hərəkət edirdilər. Onlar gecə-gündüz İrana göndərilmiş alman casus dəstələrinin izlərini axtarırdılar. Bütün bu müddət ərzində Gevorqla Gohar bir yerdə idilər. Almaniya kansleri A. Hitler generalların əhatəsində olan hərbi xəritələri öyrənirdi. Alman casuslarının izinə düşməkdə bir hadisə Gevorqa kömək etdi. Bu məlumat almanların iranlı köməkçisinə çatdı. Onu tutmaq qərarına gələndə isə o, toyda olur. Gevorq həmin toya getdi və sakitcə həmin adamı oradan çıxarmağa cəhd göstərdi. Qəfildən İran hərbçiləri də həmin adamı tutmaq üçün toya gəldilər. Onlar 200 nəfərin olduğu toyun keçirldiyi məkanda havaya atəş açdılar və həmin iranlını avtomobilə basıb apardılar. İstintaqda həmin iranlı nə bilirdisə, hamısını danışdı. Aydın oldu ki, Tehrandan 120 km aralıdakı Qum əyalətində artıq 6 alman xüsusi təyinatlısı yerləşdirliib. Onlar yerli əhali kimi saçlarını boyayıb saqqal uzadaraq maskalanmışdılar. Tezliklə silahlanmış alman casusları dəvə ilə Tehrana gəldilər və şəhərin mərkəzində malikanədə yerləşərək Berlinlə əlaqə qurdular. Gevorqun "Yüngül süvarilər" si alman casuslarının danışıqlarıı tutdu. Bu danışıqlardan məlum oldu ki, faşistlər tezliklə Otto Skortsenin başçılığı ilə işğalçı qrupunu İranda yerləşdirəcək. "Uzununa tullanma" əməliyyatının birinci hissəsini Skortsenin başçılıq etdiyi döyüş dəstəsi həyata keçirməli idi.

Faşistlər ölkə liderlərini noyabrın 30-da Böyük Britaniya səfirliyində Çörçilin ad günündə tutmalı idilər. Alman casusları həmin binaya kanalizasiya borularının içindən keçərək daxil olmalı idilər. Sovet və Britaniya kəşfiyyatı bu plan haqqında öyrənəndən sonra Tehrandakı malikanədə yerləşən alman casusları ələ keçirildi. Faşistlərdən biri əməliyyatın puç olduğu barədə siqnalı almanlara ötürə bildi. Bundan sonra "Uzununa tullanma" əməliyyatı ləğv edildi. 64 il sonra Çörçilin nəvəsi Gevorq Vartanyanla görüşməyə nail oldu. 2007-ci ildə o, buna görə Moskvaya gəldi, babasının həyatını xilas etdiyinə görə kəşfiyyatçıya öz minnətdarlığını bildirdi.

SSRİ-yə böyük köç

Gohar və Gevorq 1946-cı ilin iyunun 30-da evləndilər. O zaman artıq müharibə bitmişdi. "Mənim seçimim yalnız məndən asılı idi. Heç kəs mənə həyat yoldaşı seçməkdə göstəriş verə bilməzdi. Mən böyük məhəbbətlə sevərək ailə qurdum", - deyə Gohar xatırlayırdı. Həyatın xoşagəlməz məqamları bu cütlükdən də yan keçmədi. Belə ki, onlar övlad sahibi ola bilmədilər. 1951-ci ilə qədər bu cütlük İranda yaşadı. Yalnız SSRİ-yə gəlməyə icazə veriləndən sonra onlar sərhədi keçə bildilər. Gohar və Gevorqa SSRİ-yə keçməyə icazə veriləndən sonra onlar İrəvana getdilər. 1956-cı ildə İrəvanda Xarici Dillər İnstitutunu bitirdilər. Gohar Gevorqu "Jora" deyə çağırırdı. SSRİ-yə gələndən sonra burada da duruş gətirmədilər və yenə xaricə getdilər. Gevorq öz müsahibələrinin birində belə deyirdi: "Kəşfiyyatçı casus kimdir? Bu, o adamdır ki, başqa insanın içinə daxil ola bilir. Bu işdə özgə adlarla işləyirsən. Gah ingilis, gah amerikalı, gah da fransız olursan. Bir sözlə, dönüb başqa insan olursan”. 

Yalnız 2000-ci ildə Vartanyanlar öz həyatları haqqında danışa bildilər. Amma hələ də onların həyatının gizli məqamları var. Hələ də bəzi şeylər sirr olaraq qalır.Belə ki, müsahibələrində Gohar tez- tez ərindən soruşurdu: "Jora, bu barədə danışmaq olar?” Həm Gohar, həm də Gevorq həmişə sözlərində və hərəkətlərində ehtiyatla davranırdılar. Elə hesab edirdilər ki, onları xarici kəşfiyyat orqanları izləyir.

"Sən hər zaman ayıq-sayıqsan. Hamı kimi yaşayırsan, lakin başqalarından fərqli olaraq çox ayıq-sayıqsan", - deyə Gohar vurulayırdı. Vartanyanların SSRİ-yə tam qayıdışı 1986-cı ildə oldu. Əvvəlcə onlar Moskvada yerləşdilər, sonra isə Moskvaətrafı ərazidə SSRİ hökuməti tərəfindən hədiyyə verilmiş evdə yaşadılar. İki ay sonra isə Gohar təqaüdə çıxdı.Gevorq isə 1992 ci ilə kimi kəşfiyyatçı olaraq işinə davam etdi. Xidmətlərinə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Gevorq 2012- ci ildə dünyasını dəyişdi, Gohar isə ondan sonra 8 il yaşadı. Hər iki kəşfiyyatçının məzarı Troekurov qəbiristanlığındadır. Bu məzarlıqda təkcə iki kəşfiyyatçı yox, həm də onların gizlədiyi böyük sirlər yatır. 

Sevinc Şahmuradova





Həftənin ən çox oxunanları