Yuxarı

Natiq Cəfərli: “Dünyada yox, Azərbaycanda böhran var”

Natiq Cəfərli: “Dünyada yox, Azərbaycanda böhran var”

Natig CeferliCebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. N.Cəfərlinin sözlərinə görə, ölkədə köklü islahatlara ehtiyac var: “Əslində, dünyada böhran yoxdur. Dünya iqtisadiyyatının 75%-dən çoxunu təşkil edən ABŞ, Çin, Avropa İttifaqı ölkələrinin hamısında iqtisadi artım var.

ABŞ-da 3,5%-ə, Çində 6,9%, AB-də isə 1,5% iqtisadi artım var. Türkiyədə 3,5%, CAR-da 3%-ə yaxın artım müşahidə edilir. Böhran neft istehsal edən, neftə görə yaşayan ölkələrdədir. Rusiya, Venesuela, Nigeriya, Azərbaycan kimi ölkələrdə dərin böhrandır, Səudiyyə, Qətər, Oman kimi ölkələr də böhrana “hamilədirlər”. Neftin qiymətinin azalması dünya iqtisadiyyatı üçün əla xəbərdir, istehlakçı ölkələr bundan xeyir görür. Dünya Bankının hesablamalarına görə, neftin qiymətinin 50 dollara düşməsi dünya iqtisadiyyatının 0,4% daha artıq böyüməsinə səbəb olub”.

Mənsur





Həftənin ən çox oxunanları