Yuxarı

Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq...

Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq...

Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq...

Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325 milyon 402 min ABŞ dolları təşkil edib.

Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıb. Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalara görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə dollar alışı 47,8% artıb.

Bundan başqa, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67 milyon 729 min dollar təşkil edib ki, bu da aylıq 30,6%, illik müqayisədə isə 47,6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb. Məlumdur ki, pandemiya səbəbindən xarici səfərlər aşağı səviyyədədir, eyni zamanda qeyri-ərzaq məhsullarının idxalı azalıb.

Evə qapanma şəraitinin hökm sürdüyü bir zamanda dollara tələbatı artıran səbəblər hansılardır?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan daxilində dollara tələbin artması ilə bağlı statistika reallığı əks etdirməyə bilər:

"Ölkənin daxili bazarında durğunluq yaşanır, yalnız ərzaq və gündəlik tələbat məhsullarının ixrac və idxalı həyata keçirilir. Azərbaycandan kənara səfər edənlərin sayı 15 dəfəyədək azalıb, eyni zamanda Azərbaycana gələnlərin sayında da kəskin azalma var. Yalnız sərnişindaşımalarda bu qədər azalmanın baş verməsi o deməkdir ki, dollara olan tələbat ölkə əhalisinin və iqtisadiyyatın aktiv iştirakçıları olan vətəndaşların sayəsində baş verməyib.

Yüngül sənaye məhsullarının üzrə ticarət dövriyyəsində 50 faizə qədər kiçilmə baş verib - bura xüsusən də geyim, məişət avadanlığı, mebel sənayesi daxildir. Bütün bunlar xarici valyutanın Azərbaycan daxilində hərəkətinin minimuma enməsinə səbəb olur. Bu da dollara tələbi aşağı salmalıdır - Bu məntiqlə də belədir. Əhalinin ərzağa təlabatında da kəskin artım yoxdur. Ötən illə müqayisədə 20-25 faizlik artım var ki, bu da evə qapanma ilə bağlıdır. Bu baxımdan da dollara tələbin artımı inandırıcı görünmür, realığı əks etdirmir.

Dövlət Neft Fondunun valyuta satışı ilə bağlı açıqlamasına görə, hərracda satılan dolların həcmində təxminən 30-35 faizə qədər azalma var idi. Yəni ortada bu statistika da var. Bəzən qurumlar arasında açqlanan statistikalar bir-birindən kəskin fərqlənir. Bu baxımdan da statistikanı deyil, iqtisadiyyatın real mənzərəsini araşdırsaq, xarici valyutalara təlabatın aşağı olduğunun şahidi ola bilərik”.

Dövriyyədə dollara tələbin aşağı olduğunu da nəzərə aldıqda, hesab etmək olarmı ki, xarici valyutaya tələbi artıran amil manata münasibətlə bağlıdır?

Bilirsiniz ki, ötən ilin sonlarında devolvasiya qərarının veriləcəyi ilə bağlı iddialar da səslənirdi.

İqtisadçı deyir ki, vətəndaşların yığım vasitəsi olaraq milli valyutaya güvənməməsi şərtləri var:

"Bununla belə nəzərə almaq lazımdır ki, ticarət dövriyyəsinin iştirakçları da dollarla hərəkət etməkdə çətinlik çəkirlər. Amma Azərbaycan manatının dəyər itirməsi ehtimalı fonunda xarici valyutaya tələbin artması bu gün üçün real görünmür. Xarici valyutaların milli valyutaya təsiri o halda mümkün olur ki, beynəlxalq miqyasda proseslər baş verir. Əlbəttə ki, post-pandemiya dövründə dünya iqtisadiyyatının yenidən inkişafı, ticarət münasibətlərinin əvvəlki səviyyələrə qayıtması istiqamətində atılacaq hansısa radikal addımlar Azərbaycan kimi ölkələrin valyutalarının xarici basqılar nəticəsində dəyər itirməsi ilə nəticələnə bilər. Amma bu gün dünya bazarlarında Azərbaycan neftinin qiyməti 60 dollardan yüksəkdir ki, bu son 8 ayda ən yüksək həddir. Bu baxımdan da Azərbaycan manatının arxasında dayanan faktiki əmtəə neft olduğundan, büdcə xərclərinin reallaşdırılması üçün hər hansı təhdidlərin ortada olmaması manatın mövqeyinin sabit saxlanılmasına imkan verir. Ölkə daxilində manatın dəyər itirməsi baş verir, lakin xarici valyutalar qarşısında dəyər itirməsi o zaman real olacaq ki, manat beynəlxalq ticarət münasibətlərində - ən azı yaxın qonşularla ticarətdə iştirakçıya çeviriləcək”.

Razi Abbasbəylinin sözlərinə görə, pandemiya bitərsə və açılmalar baş verərsə, çox qısa zamanda Azərbaycan manatı dəyər itirməyə başlayacaq.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları