Türkiyənin məşhur iş adamı, TÜRKBİRKOM-un (Türk Dünyası və Beynəlxalq İş Dünyası İnvestisiya Birlikləri Konfederasiyası) genel başqanı Hakan Aktürk yaxın günlərdə Azərbaycana səfərə gələcək.
cumhuriyyet.biz xəbər verir ki, Hakan Aktürk Azərbaycan səfərində bir sıra önəmli görüşlər keçirəcək. Bu barədə açıqlamasında Hakan Aktürk deyib:
"Şəhid qardaşlarımızın ailələri mənim ailəmdir, anaları anam, bacıları bacım, balaları öz balamdır.
Biz bayrağın rəngini şəhidlərin qanından alan şərəfli, namuslu Türkiyə Cümhuriyyətinin vətəndaşıyıq. Şəhid ailələrinə dəstək olmaq, onlara övlad, qardaş olmaq borcumuzdur. Onları unutmaq yox, onlarla yaşamaq şərəfdir. Qazilərimizin yaralarını sarmaq, duyğularına ortaq olmaq bizim üçün ədəb və şərəfdir. Azərbaycana məhz buna görə gedirəm".
Hakan Aktürk bildirib ki, Azərbaycan səfəri onun üçün öz vətənində səfər kimidir:
"Azərbaycan öz vətənimizdir. İnşallah, bu səfər dərdlərə çarə olmaq üçün atılan bir addım olacaq".
Azərbaycana səfəri zamanı Hakan Aktürkü mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katib Sərdar Akyol, protokol katibi Birşan Göktaş müşayiət edəcək.
Elnarə Kərimova