"Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək" ictimai birliyi ilə Koxlear İmplantlı Şəxslərə Sosial Yardım ictimai birliyinin birgə əməkdaşlığı sayəsində 10 fervralda eşitmə məhdudiyyətli Koxlear İmplantlı sahibkar Qüdrət Əliyevin restoranında bədii əyləncəli şou tədbir təşkil olunub.
Tədbirin məqsədi sosial rifahı aşağı olan ailələrin övladların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya və adaptasiya nail olmaqdır.
Tədbirin sonunda uşaqlara istədikləri hədiyyələri verilib. Daha sonra uşaqlar müxtəlif mahnılar, rəqslər ifa ediblər. Uşaqların yaddaşında xoş bir xatirəyə çevrilən tədbir hamıda xoş ovqat yaradıb.