Yuxarı

İctimai Birlik Yeni il şənliyi keçirib

İctimai Birlik Yeni il şənliyi keçirib

"Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi 30 dekabr 2023-cü il tarixdə Yeni il şənliyində iştrak edib. Yeni il bayramında milli-mənəvi dəyərimiz kimi tədbirində 43 nəfər (şəhid ailəsi,valideynsiz, xüsusi qayğıya ehtiyacı olan, sosial rifahı aşağı olan ailələrin övladları) iştirak edib.

Həyata keçirilən tədbirdə "Güclü Liderin uğurları” və yeni ildə yeni-yeni arzuları üzrə maarifləndirilməsi tədbiri çərçivəsində baş tutub. Tədbirdən sonra "Metro Park", Gəzintilər, oyunlar, cinemada film izlənməsi və qida ilə təmin olan uşaqlar arasında Yüksək vətənpərvərlik keyfiyyətlərinə və mənəvi-əxlaqi tərbiyəyə sahib olmaları, Vətən torpağına,millətinə sədaqət hisslərini formalaşdırmaq və Prezidentimizin uğurlarını gələcək nəsillərə çatdırılması haqqında tövsiyyələri olub.

Daha sonra maraqlı və faydalı müzakirələr aparılıb.Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hədiyyələr paylanılıb. Bu uşaqlara dəstək olan xeyirxah insana təşəkkür edilib.







Həftənin ən çox oxunanları