Yuxarı

QHT 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib

QHT 1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib

"Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək" ictimai birliyi, Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edərək, bu əlamətdar günü uşaqlar üçün unudulmaz etdi. Müxtəlif yaş qruplarından olan uşaqlar üçün təşkil olunan tədbirlər həm maarifləndirici, həm də əyləncəli idi.
Tibbi Müayinə və Film Seansı
Tədbirlər çərçivəsində ilk olaraq, "Lor Hospital"da uşaqların tibbi müayinəsi təşkil olundu. Burada uşaqların sağlamlıq durumu yoxlanıldı və valideynlərə uşaqlarının sağlamlığı ilə bağlı məsləhətlər verildi. Daha sonra uşaqlar "Park Cinema"da sevdikləri filmləri izləmək imkanı əldə etdilər. Bu, uşaqların əyləncəli vaxt keçirməsinə və sosiallaşmasına şərait yaratdı.

Futbol Yarışı
"Gənclər və İdman Nazirliyinin" köməkliyi ilə təşkil olunan futbol yarışı da günün maraqlı tədbirlərindən biri oldu. Uşaqlar arasında keçirilən bu yarış, onların fiziki aktivliyini artırmaqla yanaşı, komanda ruhunu və dostluğu gücləndirdi.

Maarifləndirmə Tədbiri
Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinində sədr Zemfira Ağayeva,"Tərəqqi" Medallı, Milli Dəyərlər üzrə Maarifləndirmə ÌB-nin təsisçisi və sədri Gülşən Behbud və Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov tərəfindən təşkil olunan maarifləndirmə tədbiri xüsusi diqqətə layiq idi. Bu tədbir sosial rifahı aşağı olan və valideynsiz uşaqların iştirak etdiyi "Hüquqlarını bil, özünü müdafiə et!" mövzusunda keçirildi. Tədbirdə uşaqlara hüquqlarını müdafiə etməyin əhəmiyyəti, özünə güvən və sədaqət hisslərini formalaşdırmaq yolları izah olundu. Prezidentimiz cənab İlham Əliyevin uşaqlara olan diqqət və qayğısı vurğulanaraq, bu diqqətin gələcək nəsillərə çatdırılması tövsiyə edildi.
Hədiyyələr və Əyləncələr
Tədbirin davamında uşaqlara müxtəlif hədiyyələr təqdim olundu, gəzintilər təşkil edildi və oyunlar oynandı. Futbol yarışları ilə yanaşı, uşaqlar sevdikləri filmləri izləmək imkanı əldə etdilər. Həmçinin, bütün iştirakçılar qida və nəqliyyatla təmin edildi.
Ümumilikdə tədbirdə 91 nəfər (74 uşaq, 9 yeniyetmə və 8 valideyn) iştirak etmişdir. Bu tədbir uşaqların maarifləndirilməsi və əyləncəsi üçün böyük əhəmiyyət kəsb edirdi. Tədbirin sonunda təşkilatçılar bütün iştirakçılara və dəstək olan hər kəsə öz təşəkkürlərini bildirdilər.

Hörmətlə,
"Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək" İctimai Birliyinin əməkdaşları