Yuxarı

Bank işçilərini ixtisar gözləyir

Bank işçilərini ixtisar gözləyir

bankCebhe.info-ya bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. Q.İbadoğlunun sözlərinə görə, baxmayaraq ki, ilin əvvəli ilə müqayisədə noyabr ayının 1-ə bankların müştərilərinin sayı 582 452 nəfər artıb, amma bu ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlara görə 1000 nəfərədək işçi işi ilə vidalaşıb.

Ekspert qeyd edib ki, hazırda banklarda çalışanların ümumi sayı 21500 nəfər təşkil edir: “Gələn ildən işçilərin siyahı sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənilir. Bunu şərtləndirən başlıca amillərdən biri bankların kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri almasıdır. Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşməkdə, həm zərərlə işləyən bankların, həm də zərərin məbləği artmaqdadır. Bu tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər. Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətlərində bankların sağlamlaşdırılması və onların karpitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir”.

Mənsur





Həftənin ən çox oxunanları