Yuxarı

Natiq Əliyev: “Neftin qiyməti yavaş-yavaş qalxacaq”

Natiq Əliyev: “Neftin qiyməti yavaş-yavaş qalxacaq”

"Azərbaycan üçün neft qiyməti mühüm əhəmiyyət kəsb edir”

APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki,  hazırda neftin qiyməti 4 dəfə düşüb və bu, neft hasil edən ölkələr üçün yaxşı hal deyil: “Qiymətlərin çox yüksək olması isə istehlakçı ölkələr üçün yaxşı hal sayılmır. Həm istehsalçı, həm də istehlakçı ölkələr üçün neftin məqbul qiymətinin müəyyənləşməsini istəyirik. Neftin qiymətinin aşağı olması vəziyyəti çox davam edə bilməz. Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin neft ehtiyatları ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir, bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri yavaş-yavaş artacaq. Müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun, neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin”.

“Energetika naziri Natiq Əliyevin sözlərinə görə, neft 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq. Tələbat artıqca, neftin qiyməti də qalxacaq. Bu gün nefti tapmaq, istehsal etmək, çatdırmaq çətin məsələdir, get-gedə xərclər də artır”.

Cebhe.info xəbər verir ki, bu sözləri energetika naziri Natiq Əliyevin neftin qiymətinin tədricən artacağı barədə proqnozuna münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, neft yataqlarının kəşfiyyatı da, əməliyyat xərcləri də, çıxarılması da yeni texnologiyalara görə hər il ucuzlaşır və neftə olan tələbat azalır:

“Son 2 gündə Beynəlxalq Enerji Agentliyinin yeni hesabatını və Bp şirkətinin 2035-ci ilə qədər enerji bazarları, dünyada gedən trendlər haqqında yaydığı məlumatları oxuyuram. Ümumiyyətlə, hər gün analitik yazıları, hesabatları oxumağa 2 saata yaxın zaman ayırıram. Çox maraqlı hesabatlardır. Dünyanı anlamaq, gedən prosesləri başa düşmək üçün mütləq belə araşdırmaları öyrənmək lazımdır. Mən bilmirəm bizim məmurlar, nazirlər nə oxuyur, nə öyrənir, ümumiyyətlə, oxuyurlarmı, öyrənirlərmi, amma danışdıqlarından belə məlum olur ki, adamların dünyadan xəbərləri yoxdur. Neft yataqlarının kəşfiyyatı da, əməliyyat xərcləri də, çıxarılması da yeni texnologiyalara görə, hər il ucuzlaşır və neftə olan təlabat azalır. Natiq Əliyevin e-mail ünvanını bilən varsa, mənə yazsın, bu hesabatları ona da göndərim, onda cənab Natiq Əliyev əsl reallıqların nədən ibarət olduğunu aydın şəkildə görə bilər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları