Yuxarı

Azərbaycanlı milyarder zavodlarını satır

Azərbaycanlı milyarder zavodlarını satır

“LUKoyl” şirkətini rəhbəri Vahid Ələkbərov bəzi zavodlarını satışa çıxarır.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə qərar mərhələsində olduqlarını V.Ələkbərov özü elan edib. Belə ki, o, İtaliya, Rumıniya, Bolqarıstan, Niderland kimi ölkələrdəki zavodlarını satışa çıxarmaq barədə düşündüyünü deyib.

Onun sözlərinə görə, səhmlər bütünlüklə və ya hissələrlə satıla bilər. “Bununla yanaşı digər variantlar üzərində də düşünmək mümkündür”,- deyə Ələkbərov bildirib.

“Bunlar indi bizim üçün strateji əhmiyyət daşıyan səhmlər deyil. Biz son zamanlar geoloji kəşfiyyat, neft və qaz yataqları üzərində işləyir. Bu isə bizim Avropadakı səhmlərimiz barədə düşünməyə vadar edib”-, deyə o vurğulayıb.

V.Ələkbərov eyni zamanda bildirib ki, şirkəti Sudiyyə Ərəbistanındakı layihələrdən də çıxır: “Biz artq qərar qəbul etmişik, Səudiyə Ərəbistanından çıxırıq. Saudi Aramco ilə razılaşdıq ki, xarici layihələrdə əməkdaşlıq ediləcək”.





Həftənin ən çox oxunanları