Yuxarı

ABŞ-ın dollardan sonra bitcoin silahı: Dünyanı onunla "vuracaq”

ABŞ-ın dollardan sonra bitcoin silahı: Dünyanı onunla

Bitcoin, SEC-in açıqlaması ilə bahalaşır. ABŞ-ın Əmtəə Fyuçersləri Komissiyası (CFTC) və qiymətli kağızlar bazarını tənzimləyən qurum olan Secucrities and Exchange Commission-ın (SEC) sədrləri kriptovalyutalar ilə əlaqədar olaraq ABŞ Konqresində millət vəkillərinə bir təqdimat keçiriblər. SEC, kriptovalyutalar sektoruna daha sərt nəzarətlər həyata keçirməyə dəvət edib.Bu açıqlama investorları rahatladıb və bitcoin daxil virtual pullar bahalaşmağa başlayıb. CFTC və SEC sədrləri, federal qurumlara bitcoinin spot bazarı və bağlı onlayn əməliyyat platformaları üzərində qərar vermək səlahiyyəti verəcək bir qanun hazırlamaq məcburiyyətində qalacaqlarını deyib.

CFTC sədri Christopher Giancarlonun Konqres qarşısında çıxışında isə bir ata olaraq yaşadığı təcrübəni dilə gətirməsi ABŞ gündəminə damğa vurdu.Giancarlo Konqresdəki millət vəkilinə, "Yüksək izninizlə fərqli bir baxış prizmasından məsələni çatdırmaq istəyirəm. Bir ata kimi", deyərək çıxışına başlayıb: "Universitet yaşlarında olan 3 uşağın atasıyam. Məktəb illərində onları maliyyə bazarlarına maraq göstərəcəkləri şəkildə yetişdirmişəm.Uşaqlar birjalardan səhm alıb sata bilsinlər deyə, yoldaşımla birlikdə bir neçə yüz dollarlıq bir hesab açmışdıq.Ancaq onları birjaya cəlb etməkdə çox da uğurlu olmamışıq.Amma keçən bir şeylər dəyişdi.Birdən uşaqlarım mənə bitcoin haqqında suallar verməyə başladılar.Mənə bu pulu alıb-almamaları barəsində suallar verirdilər.Qohumlardan biri onlara bitcoindən bəhs etmiş və hamısı bu pul haqqında olduqca həyəcan hissi keçirirdilər.Bəlkə də burada oturanların bəziləri də eyni vəziyyəti yaşayıb.Bunu fərq etdim ki, yeni nəslin virtual pullara olan marağına hörmət göstərməliyik.Ancaq bunu edərkən onların bu istəklərindən sui-istifadə etmək istəyən saxtakarlıqları və manipulyasiyaları da ortadan qaldırmalıyıq".

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriəyt” qəzetinə bildirib ki, iqtisadiyyatın gerçək sektorunda kriptovalyutanın özünü doğrultma prosesi tam başa çatmayıb:

"Problem ondadır ki, virtual valyutaya inam və etibar çox azdır. Son bir neçə ayda kriptovalyutanın qiymətində baş verən dəyişikliklər bu valyutaya olan etibarı sarsıdıb.ABŞ çalışır ki, virtual valyutanı real sektora transfert etsin.Amma bu valyutaların arxasında real əmtəə dəyərləri yoxdur.Virtual valyutaların real əmtəə dəyəri olmadığına görə bir qədər problem yaranır. Nisbətən böyük investisiyaların təşkilində və yatırımlarında kriptovalyutadan istifadəyə çox az yer verilir. Hazırda bu valyutaların dəyərləndirmə və investisiyaya yönəltmə imkanları araşdırılır.Əgər bu imkanlar müsbət nəticələr verərsə, konkret qərarlar veriləcək”.

Ekspertin qənaətincə, kriptovalyutadan istifadənin qarşını almaq mümkün deyil:

"Çünki bu valyutalar internet üzərində qazanılır. Qlobal informasiya məkanında ayrı-ayrı vətəndaşların, iş adamlarının yanaşmalarını məhdudlaşdırmaq mümkün deyil. Azərbaycanda da istənilən vətəndaş qeydiyyatdan keçməklə kriptovalyuta əldə edə bilər.Burada inzibati qadağalar, məhdudiyyətlər tətbiq etmək mümkün deyil.

Dövlətlərin burada mahiyyəti azalır.Kriptovalyutaya sahib olan dövlətlər istəyir ki, virtual məkan üzərindən bu investisiya ilə, həm də siyasi məqsədlər həyata keçirsin.Bunun üçün də bir sıra imkanlar araşdırırlar.Amerika dolların üzərində qurduğu iqtisadi təsirlərlə siyasi hegemonluğunu kriptovalyuta üzərində də qurmaq istəyir.Burada super dövlətlərin imkanları araşdırılır.ABŞ siyasi hegemonluğunu həyata keçirmək üçün ortaya müxtəlif ideyalar atır. Ola bilsin ki, virtual valyutanın istifadəsinə rəsmi icazə vermiş Argentina, Avstraliya, Belçika, Çili, Kolumbiya, Kanada, Finlandiya, Almaniya, Estoniya, Rusiya kimi dövlətlər ABŞ-ın siyasi maraqlarına qulluq edir”.

Yeganə Oqtayqızı