Güclü
yağış nəticəsində paytaxt ərazisində yenə bəzi küçə və
prospektləri su basıb. Məsələn, Hövsanda
İlqar Əhlimanov ("Ballı” marketin qarşısı), Oqtay Şabanov küçələrində,
Maştağa-Zabrat ərazisində ana yolun bir neçə hissəsində, Xarici İşlər Nazirliyinin arxasındakı
məhəllələrdə ("Avromart”ın qarşısı) böyük gölməçələr
yaranıb. Bir neçə ildir ki, şiddətli yağış zamanı gölməçələrin yaranmasının qarşısını almaq üçün "Azərsu” ASC tərəfindən yağış-kanalizasiya xətləri quraşdırılır. Maraqlıdır,
yağış-kanalizasiya xətlərinin hansı ərazilərdə
quraşdırılıb?
"Azərsu"
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu il 5 ünvanda
yağış-kanalizasiya infrastrukturu qurulub: "Yağış-kanalizasiya infrastrukturu Biləcərinin, Məhəmmədinin
və Ramanının bir hissəsini, Zabrat, bir də Hövsana
yaxın olan "Dədə Qorqud” qəsəbəsinin ərazisini əhatə
elədi. Bunlar sırf yağış çox yağıdığı ərazidəki
suları kənarlaşdırmaq üçün hesablanıb.
2017-ci ildə biz 16 ünvanda, son 4 ildə isə 60-dan çox ünvanda belə işlər
görmüşük. Harada ki, subasma riski vardı, orada işlər görülüb. Hazırda bizim layihəmiz davam edir. Xətai rayonun Mirzə
Davud küçəsində, Neft Emalı Zavodu yaxınlığında
yağıntılar zamanı subasma halı baş verirdi. Oradan yeni xətt
çəkirik ki, subasmanın qarşısı alınsın”.
Anar Cəbrayıllı dünən bütün kanalizasiya nasosu stansiyalarının işlək vəziyyətdə olduğunu və
ciddi fəsadlarla üzləşmədiklərini qeyd edib: "Dünənə olan məlumatı da diqqətə çatdırım.
Gecə bizim bütün qəza briqadalarımız,
rayon su-kanal idarələrinin rəhbərliyi də işdə olub. Dənizə axan
bütün yağış-su xətlərimiz açıq
idi. Bizə ən çox müraciət Zabrat və Binəqədi tərəfdən olur. Vətəndaşlar
bildirirlər ki, onların evlərini su basıb. Amma diqqətə çatdırmaq
istəyirəm ki, həmin ərazilərdə nə kanalizasiya, nə də yağış infrastrukturu var. Bakı Dövlət
Universitetinin qarşısı isə mərkəzi küçədir. Orada normal infrastruktur
mövcuddur. Mən orada subasmaya rast gəlməmişəm, elə bir şikayət də olmayıb. Şəhərdə hansı ərazilərdə
subasmanın olduğu ilə maraqlandım, həmin ərazi qeyd edilməyib. Ötən dəfə "Nizami”
metrostansiyasının qarşısında problem yaranmışdı. Ola bilər
ki, hansısa yerdə çökəklik olsun, su ona görə yığılsın. Yağışlar zamanı bizim əməkdaşlarımız monitorinq də
aparırlar ki, yağışın hansı ərazidə daha
çox oluğunu müəyyənləşdirsinlər. Harada nə iş görmək
lazımdırsa, onun haqqında məlumat əldə
edilir. Yağış-kanalizasiya xətləri ilə
bağlı bundan əlavə hansı işlərin görüləcəyini isə növbəti il biləcəyik”.
Səyad Həsənli