Yuxarı

Pulunuza pul qatan ölkələr: Siyahıda Azərbaycan da varmış - CƏDVƏL

Pulunuza pul qatan ölkələr: Siyahıda Azərbaycan da varmış - CƏDVƏL

Pulunuza pul qatan ölkələr: Siyahıda Azərbaycan da varmış - CƏDVƏL

Azərbaycanda 12 ay müddəti üzrə ən yüksək əmanət faizlərinin "Yelo Bank", "Amrahbank", "Azərbaycan Sənaye Bankı", "AtaBank", "GünayBank", "Muğanbank”, "NBCBank" və "Turanbank”da olduğu müəyyənləşib.

Bildirək ki, 2019-cu il iyulun birindən manatda illik 10% dərəcəsinədək yerləşdirilmiş bütün əmanətlər 2020-ci il martın 1-dək məbləğindən asılı olmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanmış hesab olunur. 

Maraqlıdır, hansı ölkələrin banklarında əmanət faizləri daha yüksəkdir? 

Cebhe.info xəbər verir ki, dünyada ən yüksək əmanət faizləri həm də keçmiş Sovet İttifaqı ölkələri arasındadır. 

Bu, 2018-ci ilin göstəricilərində görə belədir. 2019-ci ilin əmanət dərəcələri isə bir çox ölkələrdə tam müəyyənləşməyib. 2018-ci ilin göstəricilərinə əsasən, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan əmanət faizlərinə görə əksər ölkələri bir qədər geridə qoyur. Cədvəldən də göründüyü kimi, bəzi ölkələrdə inflyasiya faiz dərəcəsini, bəzilərində isə faiz dərəcəsi inflyasiyanı üstələyir. Məsələn, Özbəkistan faiz dərəcəsi daha üstün olan ölkələr sırasındadır. Monqolustanda da faiz dərəcəsi inflyasiyadan daha yüksəkdir. Onlar arasındakı fərq 6.70 faizdir. Gürcüstanda isə 6.30 faizlik bir fərq mövcuddur. Ən böyük fərq isə Azərbaycanda olub. Belə ki, faiz dərəcəsi inflyasiyadan 7.60 % çox müşahidə edilib. Qazaxıstan və Myanmar da bu ölkələr sırasındadır. 

Ümumilikdə əmanət dərəcələrinin yüksək olmasına görə  Argentina birinciliyi heç bir ölkəyə vermir. Yəni Argentinanın milli valyutası 2018-ci ildə ən yüksək əmanət faizinə malik olub. Orada inflyasiya 27,60 faiz, faiz dərəcəsi isə 20,47-dir, lakin bu ölkə həm də inflyasiya dərəcəsi yüksək olanlar sıraısndadır. Həmçinin bu sıraya Ukrayna, İran və Misir daxildir. Ukraynada inflyasiya 49, faiz dərəcəsi isə 15,25%-dir. İranda da vəziyyət eyni olsa da, göstəricilər arasında ciddi fərq yoxdur. 

Yəni inflyasiya faiz dərəcəsindən 0,30 faiz çoxdur. Misirdə isə inflyasiya 3,30 faiz çoxdur.

2018-ci ildə milli valyutalarda ən yüksək əmanət dərəcələri aşağıdakı ölkələrdədir:

Country Interest Rate Inflation

Currency

Argentina 20.47% 27.60% ARS
Uzbekistan 20.00% 11% UZS
Ukraine 15.25% 49% UAH
Iran 15.00% 15.30% IRR
Mongolia 15.00% 8.30% MNT
Georgia 10.40% 4.10% GEL
Azerbaijan 10.00% 2.40% AZN
Egypt 10.00% 13.30% EGP
Kazakhstan 10.00% 5.80% KZT
Myanmar 10.00% 8.90% MMK

 

Səyad Həsənli





Həftənin ən çox oxunanları