Yuxarı

Tehrandan növbəti məkrli plan: Şah İsmayılın adından istifadəyə çalışır

Tehrandan növbəti məkrli plan: Şah İsmayılın adından istifadəyə çalışır

Tehrandan növbəti məkrli plan: Şah İsmayılın adından istifadəyə çalışır

İranın ali dini lideri Seyidəli Xamneyinin Ərdəbil əyalətində nümayəndəsi Seyid Həsən Amuli 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə alternativ olan "dünya müsəlman azəriləri günü” mərasimində İranı "dünya azərbaycanlılarının ikinci vətəni” adlandırıb.

Amuli Şah İsmayıl Səfəvi Fondunun yaradıldığını elan edib.

"Bütün dünya ələviləri Şah İsmayıl dövrünün ələvilərinin izi ilə getməlidir. Bu isə İran ali rəhbərinin liderliyi ilə mümkündür”-Amuli belə deyib.

Siyasi analitiklər hesab edirlər ki, İran ələvilik görüşlərindən istifadə etməklə Azərbaycana və qardaş Türkiyəyə təsir etmək istəyir.

"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran Şah İsmayıl Xətainin adından istifadə etməklə hansısa effektli nəticə əldə edə bilməz:

"Dünya azərbaycanlılarının bir həmrəylik günü var, o da 31 dekabr tarixidir. Dünya azərbaycanlıları da bu günə hansısa süni alternativlərin yaradılmasını arzulamır və istəmir. Məsələnin ikinci tərəfi isə məzhəbsəl ayrı-seçkiliklə bağlıdır və bu təəssüf hissi doğurur. Türk milləti və türkçülük üçün heç zaman məzhəb faktoru önəmli olmayıb. Azərbaycan bir dövlət olaraq öz milli, mənəvi dəyərlərinə sadiq olmaqla yanaşı, başqa mədəniyyətlərə və dinlərə də xoşgörülü olub. Bu məsələdə Azərbaycan bir modeldir. Bütün azərbaycanlılar üçün "azəri” anlayışı yoxdur və səhvdir. Qaldı Şah İsmayı Səfəvi məsələsinə, o Azərbaycan xalqının könlündə əbədi taxt qurub. Şah İsmayılın adından istifadə etməklə manipulyasiyalara effekt verməyəcək”.

Politoloq qeyd edib ki, İranın özündə ələvilərə münasibət o qədər yaxşı və birmənalı deyil:

"İranın rəsmi dini-siyasi xətti şiəlik doktrinasına əsaslanır. Ələvilər üçün isə məzhəb məsələsi yoxdur. 1979-cu il İran İslam İnqilabından sonra ələvilərə qarşı ciddi təqiblər olub. Hesab edirəm ki, İranın bu siyasəti ələvilikdən daha çox öz hədəflərinə çatmaq üçün atılan addım təsiri bağışlayır. Yəni burada başqa məqsədlər var. Şah İsmayıl Səfəvi təriqət aləmində, yəni ələvilik görüşlərində hörmət bəslənən 7 uludan biridir. Bu ululardan İmadəddin Nəsimi, Pir Sultan Abdal və digərləri var. Onlar bütün dünya ələviləri tərəfindən müqəddəs hesab olunurlar. Burada ələvilik görüşlərini qabartmaqda məqsəd azərbaycanlı ələviləri öz tərəfinə çəkməkdir. Eyni zamanda həmin ələvi ərəbləri, bəlucları da öz tərəflərinə çəkməyə çalışırlar. Məlum olduğu kimi, qarşıdan prezident seçkiləri də gəlir və İran ələvilərin səslərini də qazanmaq istəyir”.

V.Zifəroğlu hesab edir ki, İran ələvilik məsələsini qabartmaqla Türkiyəyə təsir edə bilməz:

"Çünki Türkiyədə ələvilik ənənələri İrandan daha möhkəmdir. İranın ələviliklə bağlı Türkiyədə təsir rıçaqları yoxdur. Qeyd etyimiz kimi, İranda həmişə ələvilərə ciddi basqılar olub. Dərvişlərlə bağlı qarşıdurmada da bir neçə dərviş edam olundu. Dünyadakı ələvilərin İrana münasibəti o qədər də yaxşı deyil. İran ələvilikdən məzhəb faktoru kimi istifadə edə bilməz”.

Əli Bədir





Həftənin ən çox oxunanları