Yuxarı

Bakı metrosunda qəpikdən imtina: Manat qəbul edilir

Bakı metrosunda qəpikdən imtina: Manat qəbul edilir

“Bakı Kart” ödəmə sistemi qəpik pulları qəbul etmir. Vahid ödəmə aparatları kağız əsginaslara üstünlük verir. Bu gün Cebhe.info əməkdaşı “28 May” metrostansiyasında yenidən “Bakı Kart” ödəmə terminallarının qarşısında uzun növbələr yarandığını müşahidə edib. Metroya daxil olan sərnişinlər ödəmə aparatına xırda pul atsalar da, aparat heç bir qəpiyi qəbul etməyib. Bu səbəbdən növbə yaranıb. Sərnişinlər bütün aparatları sınaqdan keçirsələr də, eyni vəziyət təkrarlanıb. Qəpiyi əllərində qalan sərnişinlər aparata kağız pul salmalı olublar. Vəziyyətlə bağlı şikayətçi sərnişinlər “Bakı Kart” ödəmə sisteminin nəzarətçisinə yaxınlaşıblar. Məsələdən xəbərdar olan nəzarətçi əslində bunun səbəbini bildiklərini və hazırda bununla bağlı “Bakı Kart” şirkətinin əməkdaşlarının müəyyən işlərə başladıqlarını söyləyib: “Hə, xəbərimiz var, aparat yeni qəpikləri götürmür. Hazırda bunun üzərində işləyirik. Yaxın vaxtlarda problem həllini tapmalıdır”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları