Yuxarı

Neft yenidən start götürüb

Neft yenidən start götürüb

Dünya bazarında neft bahalaşıb. Cebhe.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar artaraq 50,08 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar artaraq 52,61 dollar olub. Ötən neft möhkəmlənən dolların təzyiqi altında ucuzlaşaraq 53 dollar həddindən aşağı eniib. Lakin hazırda investorların diqqəti OPEC və qeyri-OPEC üzvlərinin bu gün İstanbulda keçirəcəyi görüşə köklənib. Görüş iştirakçıları hasilatın dondurulması ilə bağlı müzakirələr aparacaq.





Həftənin ən çox oxunanları