Yuxarı

BTC-yə terror təhlükəsi

BTC-yə terror təhlükəsi

İlham İsmayıl: “Boru xəttini partlatmaq Rusiyanın hədəfində ola bilər” Türkiyədə başlayan hərbi çevrilişə cəhd səngiməmiş son günlər İraq hökuməti ilə Türkiyə arasında gərginlik davam edir. İki ölkə arasında Başika hərbi bazasına görə yaranan gərginlik səngimir. İraq parlamenti türkiyəli hərbçilərin ölkədən çıxarılması barədə qərar qəbul edib. Bağdad hətta bununla bağlı BMT-yə də şikayət edib. Antiterror əməliyyatları və son həftələrdə Türkiyədə baş verən hadisələr strateji əhəmiyyətli enerji xətlərinin təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Dəfələrlə terrorçular Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində partlayış törədiblər. Xatırladaq ki, 2008-ci ildə də Türkiyə ərazisində Bakı- Tbilisi-Ceyhan boru kəməri partladılmışdı. Son günlər həm Gürcüstanda, həm də Türkiyədə boru kəmərlərinə qarşı terror təhdidinin olacağı ilə bağlı xəbərdarlıqlar var. Bakı-Tbilisi-Ceyhan boru xətti üçün ən böyük təhlükə hansı ölkələrin ərazisində reallaşa bilər? Türkiyədə, yoxsa, Gürcüstanda? Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cümhuriyət”ə bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru xətti üçün real təhlükə Türkiyədə daha üstündür: “Vaxtilə məhz Türkiyə ərazisində boru xəttini partlatmaq cəhdi olmuşdu. Türkiyədə PKK-nın canlanması, terrora meylliliyi və peşəkarlığı var. Təbii ki, Türkiyədə boru xəttinin partladılması PKK-a terrorçularının istəyi ilə olmayıb. Burada PKK-a terrorçularından istifadə olunmuşdu. Gürcüstan ərazisində ermənilər tərəfindən təhlükə törətmək tamam fərqli situasiyadır. Çünki hansısa erməniyə və yaxud xüsusi göndərilmiş adama silah-sursat verib oraya göndərmək böyük çətinlik yaradar. Amma terrorda asan görünən və ən böyük ehtimal olunan ərazi Türkiyədir, nəinki Gürcüstan. Baxmayaraq ki, Gürcüstanda qarşıda düşmən tərəf var, amma terror məsələsi elədir ki, yeri gəlsə bunu Azərbaycanda da həyata keçirmək olar”. “Rusiya istəsə...” Ekspertin qənaətincə, Bakı-Tbilisi-Ceyhan boru xətti üçün ən böyük hücum planı Rusiyanın hədəfindədir: “Ona görə də Rusiyaya haradan asan olub orada terror hadisəsi törətməyə meylləndirə bilər. PKK-nın və yaxud da ermənilərin öz təşəbbüsü ilə boru kəmərini partlatması mümkün deyil. Çünki yeri gələndə PKK da  ermənilər də Amerikadan müəyyən dəstəyi alır, amma Rusiya almır. Buna görə də boru xəttinin partaldılması Rusiyanın hədəfində ola bilər. Boru xətti daha çox Qərb ölkələrinin marağındadır. Buna görə də ermənilərin, PKK-çıların, kürdlərin orda hər hansı bir təşəbbüslə çıx etməyi az ehtimal olunandır. Türkiyə ərazisində Rusiyanın hədəfi mümkün görünür. Bakı-Tbilisi-Ceyhan boru xətti hansı ölkənin ərazisindən keçirsə, təhlükəsizliyə o ölkə cavabdehdir. Bu da beynəlxalq qüvvələrin, mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Hər ölkənin ərazisində konkret olaraq boru xəttinin təhlükəsizliyini təmin edən struktur mövcuddur”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları