Yuxarı

FES-in “dollar bahalaşacaq” açıqlaması: Manatı 18 gün sonra nə gözləyir?

FES-in “dollar bahalaşacaq” açıqlaması: Manatı 18 gün sonra nə gözləyir?

Artıq ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini daha tez artıracağı barədə rəsmi protokol yayıb. Bu isə o deməkdir ki, dollar bahalaşacaq. Son iclasda tənzimləyici uçot dərəcəsini 0,25-0,5 faiz səviyyəsində saxlayıb. Tənzimləyicinin növbəti iclası noyabrın 1-2-də olacaq. FES uçot dərəcəsini ilin sonunadək qaldıracağına dəfələrlə işarə edib. Belə ki, ötən gün FES-in rəhbər müavini Stenli Fişer ABŞ-da makroiqtisadi göstəricilərin yüksəlməyə davam etdiyini vurğulayaraq tənzimləyicinin 2016-cı il başa çatmamış faiz artımına doğru irəlilədiyinə işarə vurub. Onun sözlərinə görə, işsizliyin faiz göstəricisi uzun müddət davam edəcək normal səviyyəyə yaxınlaşır: “İnflyasiya da FES-in 2 faizlik hədəfinə doğru yaxınlaşır. Faiz dərəcələrinin sabit saxlanması iqtisadiyyata etibarsızlıqdan irəli gəlməyib. Məşğulluq göstəriciləri yüksəlməyə davam edir və biz bunun davam edəcəyini gözləyirik”. Stenli Fişer qeyd edib ki, inflyasiya aşağı olsa da müəyyən zaman ərzində 2 faizə yüksələcəyini proqnozlaşdırılır. Uçot dərəcəsinin artırılacağı təqdirdə manatın aqibəti əhalini narahat etməyə bilməz. İqtisad elmlər doktoru, professor Zahid Məmmədov Cebhe.info-ya bildirib ki, manatın məzənnəsi Azərbaycanın sərbəst həyata keçirtdiyi pul və fiskal siyasəti, həmçinin ölkənin öz siyasətinə uyğun olaraq təsbit olunur: “Təbii ki, bununla yanaşı manata təsir edən müəyyən amillər var. Burda xüsusilə xarici amilləri qeyd etmək lazımdır. Artıq biz buna alışmışıq. Buna yönəlik daxili çalışmalar gedir. FES-in uçot dərəcəsinin artırıb-artırmaması aparılan pul siyasətindən asılıdır. Azərbaycanda pul siyasəti müstəqildir və bu, əsas müddəalarda öz əksini tapmışdı. Bu, daxili məsələdir və hesab edirəm ki, daxildə istənilən vəziyyətə uyğun olaraq manatın məzənnəsini müəyyənləşdirmək mümkündür. Manatın məzənnəsi stabil saxlanması ilk növbədə 70-80 faiz bizdən asılıdır, 20-30 faizi isə xarici amillərə bağlıdır”. Ekspertin sözlərinə görə, FES uçot dərəcəsini artırsa belə, milli valyuta devalvasiya getməyəcək:“FES uçot dərəcəsini artırdığı təqdirdə heç bir narahatçılığa ehtiyac yoxdur. Devalvasiya kimi qərarlar Mərkəzi Bankın aktivlərinə bağlıdır. Bu cür şeyləri mövcud gündəmə gətirmək bazarı narahat edər. Bu mövzuda narahatlığa dəyməz, heç bir problem yoxdur. Əksinə, biz deməliyik ki, pul vahidi güclənəcək”.  Necə etmək olar ki, milli valyuta güclənsin? Zahid Məmmədov bunun açarlarının olduğunu və ilkin tədbirlərin mövcudluğunu vurğulayıb: “Artıq bununla əlaqədar yol xəritəsi qəbul edilib. Milli valyutanın güclənməsi müəyyən proqramlarda öz əksini tapıb. Bu istiqamətdə də işlər gedir”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları