Yuxarı

Sanksiya zərbəsi Azərbaycanı da vuracaq

Sanksiya zərbəsi Azərbaycanı da vuracaq

Akif Nəsirli: “Rusiya bazarında iş yerləri bağlanacaq” Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.Bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib."Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriləcək", - deyə C.Kerri bildirib. Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. Qeyd edək ki, ötən ay ABŞ Konqresi “Ukraynaya dəstək” qanunu çərçivəsində Rusiyaya qarı beş il müddətinə daha bir sanksiya tətbiq edib. Eyni zamanda, Almaniya və Fransa da Rusiyanı Suriyada insanlığa qarşı cinayət törətməkdə ittiham edərək sanksiyalar qəbul etməyə hazırlaşır.Bütün bu qadağaların təbii ki, son iki ildə olduğu kimi Rusiya iqtisadiyyatına böyük mənfi təsirləri qaçılmaz olacaq.Bu isə Rusiyanın maliyyə-bank sektorunda böhranın dərinləşməsi, valyuta ehtiyatlarının sürətlə azalması, istehlak bazarında qiymətlərin yüksəlməsi, işsizliyin artması ilə nəticələnməkdədir.Xarici sanksiyaların Rusiyaya mənfi təsiri özünü digər ölkələrin də iqtisadi həyatında fəal şəkildə büruzə verir.2014-cü ildən bəri həmin sanksiyalar dünya bazarında neftin ucuzlaşması ilə müşahidə olundu.Bununla da Azərbaycanda iqtisadi çöküşün bünövrəsi qoyuldu.Həmçinin, işsizliyin artması Rusiyadan Azərbaycana valyuta axınının azalmasına səbəb oldu.Ona görə də Qərbin Rusiyaya növbəti embarqolar tətbiq etmək qərarı sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycana qarşı əlavə problemlər yarada bilər.Azərbaycan vətəndaşları isə daha çox Rusiyada işləməyə üstünlük verir.Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının da əsas ixracat bazarı kimi Rusiya öndə gedir.Bu baxımdan, sanksiyalar Rusiya ilə yanaşı Azərbaycana da zərbə vurur.Onu da nəzərə almaq lazımdır ki, son dövrlər Rusiyanın Türkiyə ilə yaxınlaşması türk meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracını yenidən stimullaşdırıb.Rusiya bazarlarında satılan meyvə-tərəvəzin 70 faizdən çoxu Türkiyədən idxal edilir.Belə olan halda, Azərbaycanın bu rəqabətə davam gətirmək imkanı xeyli məhdud görünür. İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, sanksiyalar Azərbaycan iqtisadiyyatına bir neçə istiqamətdə mənfi təsir göstərə bilər: “Sanksiyaların təsiri zəncirvari şəkildə baş verir. Müəssisələrin bağlanması işsizliyin artmasına səbəb olur.Yaxud iqtisadiyyatın kiçilməsi işsizliyin yaranması ilə nəticələnir.Bu, ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyanın xarakterindən asılı olacaq. Rusiyadan Azərbaycana daxil olan maliyyə vəsaitinin həcmi son iki ildə kəskin azalsa da hələ müəyyən qədər var. Təsirlərin biri bu maliyyə axınının da dayanmasına səbəb ola bilər. Yəni, iqtisadiyyatın kiçilməsi işsizliyin sayının artmasında özünü göstərə bilər.İkinci təsir Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların satış dövriyyəsinin azalmasında özünü göstərir.Digər tərəfdən, neftin qiymətinin yenidən aşağı düşməsi baş verə bilər.Sənaye müəssisələrində istehsalın aşağı düşməsi neftə olan tələbatı azaldacaq.Belə olan halda, Rusiya nefti daha cox xarici bazara çıxartmağa çalışacaq.Bu da yenidən qiymətlərin azalmasına təkan verə bilər.Ancaq konkret təsir imkanlarını sanksiyaların istiqamətləri müəyyən edildikdən sonra söyləmək olar”. “Azərbaycan ÜTT-a üzv olsa...” Akif Nəsirli onu da bildirdi ki, Rusiyadakı sanksiyaların Azərbaycana təsirinin qarşısını almaq üçün Azərbaycan başqa ölkələrlə iqtisadi əlaqələrini gücləndirməlidir.Xüsusilə də Azərbaycan məhsullarının və işçi qüvvəsinin Avropa bazarına çıxışı təmin olunmalıdır. Amma buna nail olmaq üçün Azərbaycan hökuməti bir sıra islahatlar həyata keçirməlidir: “Azərbaycanın istehsal etdiyi məhsulları çıxartmaq üçün Rusiyaya alternativ bazar Avropa və İrandır. Məsələ burasındadır ki, Azərbaycan məhsulları nəinki Avropa, hətta İran və Gürcüstan standartlarına belə uyğun gəlmir.Yəni, Azərbaycan məhsulları həmin bazarın tələbatına uyğun deyil.Ona görə də Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal olunmalıdır.Eləcə də Azərbaycanın Avropa ölkələrində, İranda işləyə biləcək işçi qüvvəsi yoxdur.Avropada işləyən hər bir şəxs, hətta alverlə məşğul olan şəxs də satış menecmentinin qaydaları ilə bağlı müəyyən biliklərə malik olmalıdır, dil bilməlidir. Azərbaycanda isə Rusiyaya işləməyə getmək istəyən vətəndaşlar arasında ingilis, yaxud alman dilini bilən çox az adam tapılar. Ancaq hər beş nəfərdən üçü rus dilini biilir. Ona görə də həm işçilərimiz, həm də məhsullarımız Rusiyaya axır.Azərbaycan Ümumdünya Ticarət Təşkilatının şərtlərini qəbul etsə, beynəlxalq standartlara uyğun həm məhsul istehsal etmək olar, həm də işçi qüvvəsi hazırlamaq olar”. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları