Yuxarı

Güclü yağış kənd təsərrüfatını “vurdu”: Bahalaşma qaçılmazdır

Güclü yağış kənd təsərrüfatını “vurdu”: Bahalaşma qaçılmazdır

Sabir Vəliyev: “Yağış məhsul yığımına mane olur” Son günlər yağan güclü leysan kənd təsərrüfatına ciddi ziyan vurub. Ekspertlər bu il məhsuldarlığın az olacağını bildiriblər. Mütəxəssislər hesab edir ki, xüsusilə yığım dönəmində yağan leysan yağışların məhsuldarlığın  aşağı düşməsinə səbəb olur. Həmçinin yağış yığıma əngəllər yaradır. “Meyvə ağaclarda çürüyür” Bitkiçilik üzrə mütəxəssis, alim Sabir Vəliyev Cebhe.info-ya bildirib ki, ardıcıl yağan yağış kənd təsərrüfatına çox böyük ziyanı vura bilər: “Əvvəla məhsul yığım tam başa çatmadığı üçün kənd təsərrüfatına dəyən ziyanın miqdarını indidən hesablamaq mümkün deyil. Ümumiyyətlə, yağış ağaclarda qalan meyvələri çürüdə bilər. Həmçinin yağış yığıma da mane törədir,  bu da məhsul itkisinə səbəb olur. Aidiyyati orqanlar da qarşıdakı günlərdə hava haqqında proqnozlar vermir. Təbii ki, hava şəraiti bu cür davam edərsə, külli miqdarda məhsul ikisinə şərait yaranmış olacaq”.  Güclü yağışlar pambıqçılığa da ziyan vurub. Ekspert deyir ki, fermerlərə ciddi ziyan dəyəcək: “Yağışdan əsasən pambıqçılıq böyük ziyan görür. Artıq pambığı yığmaq mümkün deyil. Yağış tütün yığımına da mane olur. Demək olar ki, meyvə əvvəlki kimi kütləvi yığıla bilməz. Tərəvəzi torpaqdan çıxartmaq mümkün olmur. Kökləri palçıqlı olduğu üçün məhsula ziyan dəyir. Buna görə bu cür hava şəraiti kənd təsərrüfatı üçün ziyanlıdır. Kənd təsərrüfatı məhsulları Azərbaycana hansı ölkələrdən gəlirsə, oralarda da vəziyyət pisdir”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları