Yuxarı

Azərbaycanda sahibsiz itləri güllələyirlər?

Azərbaycanda sahibsiz itləri güllələyirlər?

İt dərisindən biznes qurmaq olar Bu gün dünya bazarında it dərisi biznes sahəsinə çevrilib. Xüsusən də Çin kimi ölkələr tərəfindən əsas qazanc mənbəyinə çevrilən it dərisinin istehsalına qarşı çıxan ölkələr də az deyil. İstehsal olunan bahalı xammala bir sıra bazarlarda təzyiqlər var. Amerikaya it dərisi satdığı üçün bu ölkə Çini “İt və Pişiklərin Müdafiəsi  Aktına” görə 10 min ABŞ dolları dəyərində cərimələyib. Çünki it dərisini seçmək bir o qədər də asan iş deyil. Görünür, çinli biznesmenlər gəlirlərini artırmaq, ciblərini doldurmaq üçün bir sıra ölkələrin bazarına, həmçinin ABŞ-a it dərisini “sırıyıb”.  ABŞ-da 2014-cü ildə hazırlanan hesabata görə il ərzində 8,5 milyard dollar Çindən dəri xammalın gətirilməsinə xərclənib. Müxtəlif cəmiyyətlər tərəfindən aparılan araşdırmalar isə göstərir ki, çinlilər məhz biznes xatirinə itləri, pişikləri qırır. Gün ərzində ən azı 200 it bazar üçün öldürülür. ABŞ-da heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan PETA cəmiyyəti it dərisindən biznes sahəsi kimi istifadə edilməsini müsbət hal kimi qiymətləndirmir. Təşkilat rəsmiləri itləri doğma ailə üzvi kimi qəbul edirlər. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Cebhe.info-ya açıqlamasında: Ola bilər ki, kimsə şəxsi biznesində bu işlə məşğuldur. Lakin dövlət səviyyəsində biznesin bu sahəsindən istifadə olunmayıb.  Hələ o zamanlar İtaliyadan gətirilən belə dərilər zərifliyi və füsünkarlığı ilə seçilirdi. Bu geyimlər “layka” adlanırdı”.  İqtisadçı Rövşən Zülfüqarov isə it dərisinin keyfiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda nəinki it, hətta at dərisindən də istifadə edilmir: “Milli-mentalitetimizə uyğun olaraq ölkəmizdə mal, camış, qoyun, keçi dərisindən istifadə olunur. Azərbaycana it dərisi gətirilmədiyi halda bu ölkədə istehsalından belə söhbət gedə bilməz. İt dərisi çox bahadır”. R.Zülfüqarovun sözlərinə görə, it dərisinin baha olmasının əsas səbəbi onun zərif, füsunkar olması ilə yanaşı, asanlıqla bükülüb-yığılması, hətta yığılı şəkildə adi bir üzükdən keçə bilməsidir. Ekspert onu da vurğulayıb ki, bir müddət öncə Almaniyada it dərisindən biznes sahəsi kimi istifadə olunurdu. İtlərin Mühafizə Cəmiyyəti bu məsələyə etiraz etdikdən sonra Almaniyada bu istehsala son qoyuldu. Bəs görəsən ölkəmizdə sahibsiz itlərin sayında artım varmı? Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayevin sözlərinə görə, son beş ildə sahibsiz itlərlə bağlı heç bir artım olmayıb. Lakin sakinlər sahibsiz itlərin çoxluğundan şikayətlidir. Səbəb isə fərqlidir:  “Əslində sahibsiz itlərin sayında heç bir artım yoxdur. Sadəcə olaraq “göydələn”lərin sıx tikilməsi nəticəsində küçə heyvanları insanlar olan ərazilərə topa olaraq cəmləşirlər. Yaranan mənzərə isə sakinlərə belə deməyə əsas verir ki, guya sahibsiz itlərin sayı artıb”.  Sahibsiz itlərin öldürülməsinin əslində çıxış yolu olmadığını deyən A.Qarayevin fikrincə əsas çıxış yolu dünya təcrübəsində olduğu kimi belə heyvanları axtalamaqdır. Bu zaman nə quduzluq olacaq, nə də ki nəsil artımı. Amma təəssüflər olsun ki, Azərbaycanda belə ənənə yoxdur. A.Qarayevin sözlərinə görə, dövlət sahibsiz itlərə sığınacaq vermir: “Ölkəmizdə fəaliyyət göstərən 6-7 şəxsi sığınacaq var ki, küçə heyvanlarını burada cəmləyirlər. Burada insanlar tərəfindən təzyiqə məruz qalan heyvanlara qayğı göstərilir. Dünya təcrübəsində vəziyyət fərqlidir. Belə ki,müxtəlif ölkələrdə sahibsiz küçə heyvanlarının saxlanılması ilə bağlı hazırlanan proqramlara görə, dövlət it-pişikləri heyvansevərlərə təhvil verir, onların həyatını sığortalayır”.  Nigar Məhərrəm