Yuxarı

Neft Fondu gəlirlərinə necə qənaət edir?

Neft Fondu gəlirlərinə necə qənaət edir?

Vüqar Bayramov: “Fond büdcə transferi etmədiyi üçün vəsaitlərinə qənaət edə bilir” Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətində müsbət tendensiyalar çoxalıb. Fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin kəskin azalması təqdir olunmalıdır. Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair mətbuatda dərc olunan məlumatlar bunu deməyə əsas verir. Nəzərə alsaq ki, dövlət büdcəsinin böyük hissəsini Neft Fondunun büdcəyə ödədiyi vəsait hesabına təmin olunur. Bu baxımdan da müsbət tendensiyanın yaranması dövlət büdcəsi qarşısında Neft Fondu öz öhdəliklərini tam ödəməyə imkan verir. İqtisadçı-alim Vüqar Bayramov Dövlət Neft Fondunun gəlirlərinin artması büdcə transferlərinin azalması ilə izah edib. Onun sözlərinə görə, gələcəkdə büdcə transferlərinə ehtiyac olmasa, Neft Fondu öz vəsaitlərinə qənaət edə biləcək: “Neft Fondunun gəlirlərində müsbət tendensiyanın yaranması daha çox büdcə qarşısında öhdəliklərində transferlər etməməsilə bağlıdır. Nəzərə alsaq ki, transferlərin həcmində azalmalar var. Nəticə etibarı ilə də bu Dövlət Neft Fondunun xərclərinin azalmasına gətirib çıxarır. Neft Fondu vəsaitlərin idarəetmə siyasətində dəyişikliklər yoxdur. Hər hansı bir fərqlilik hiss olunmur. Çünki konservativ menecment siyasətindən istifadə olunur. Nəticədə konservativ menecment siyasəti gəlirlərin daha çox qorunması üzərində qurulur. Təbii ki, ölkədə elan edilən mövcud qənaət rejimi çərçivəsində Dövlət Neft Fondu da öz vəsaitlərini qoruyur. Növbəti mərhələdə Dövlət Neft Fondunun vəsaitləri birbaşa büdcə transferindən asılı olacaq. Əgər büdcə transferlərinin həcmi artırılmasa, Dövlət Neft Fondunun vəsaitlərinə qənaət edə biləcək. Əksinə olarsa, Neft Fondu büdcəyə daha çox vəsait transfer etməli olacaq. Bu da nəticədə Neft Fondunun gəlirlərinə təsir göstərəcək. Ona görə də, Neft Fondunun gəlirləri və ya gəlirlilik səviyyəsi eyni zamanda, hətta daha çox qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Qeyri-neft sektoru büdcəyə daha çox vəsait ödəyə biləcəksə, transferlərə təlabat azalacaq və Neft Fondunun xərclərinə qənaət etməsinə şərait yaradacaq. Burada artıq qeyri-neft sektorunun payına çox böyük önəm düşür. Əslində Neft Fondunun gəlirlərinin artması da ondan xəbər verir ki, qeyri-neft sektoru büdcə daxilolmalarını artırmır”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları