Yuxarı

Pulumuzu daha qənaətlə xərcləmək üçün təkliflər

Pulumuzu daha  qənaətlə xərcləmək üçün təkliflər

Ölkə prezidenti Rusiyanın “Sputnik” informasiya agentliyinə müsahibəsində deyib ki, pul çox olmasının fəsadları da olur: "Müxtəlif dövlət strukturlarından da çoxlu sifarişlər daxil olur. Ona görə də neft qiymətləri ilə bağlı bu böhran bizi hətta bir az ayıltdı, göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır". Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu problemi həll eləmək üçün dünya təcrübəsində effektiv mexanizmlər var: “Büdcə menecmenti kökündən dəyişdirilir, "kim nə qədər istəyir, necə gəldi xərcləyir" mühitinin qarşısını alan nəticəli və proqram əsaslı büdcəyə keçilir, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminə qanunla limit qoyulur, büdcədə pul alan bütün orqanlardan ildə bir dəfə "perfomans hesabatı" alınır, büdcəyə fəal ictimai nəzarət mexanizmləri tətbiq edilir və s. Əhalisi bizdən 2 dəfə az, büdcəsi bizdən təxminən 15 dəfə çox olan Norveç, yaxud əhalisi bizdən 8 dəfə az, amma adambaşına büdcə xərcləri bizdən 8 dəfə çox olan Estoniya büdcə pullarının artıqlığından əziyyət çəkməyib. Çünki yuxarıda dediyim büdcə menecmenti rıçaqları saat mexanizmi kimi işləyir...” Alçina Amilqızı





Həftənin ən çox oxunanları