Yuxarı

Rayonlarda torpaqların təftişinə başlanılıb

Rayonlarda torpaqların təftişinə başlanılıb

Akif Nəsirli: “Qarış-qarış gəzib əhalinin pay torpaqlarına, həyətyanı sahələrinə baxış keçirmələrini başa düşmürəm!” Azərbaycan hökuməti Sovet dönəmindən sonra sıradan çıxmış kənd təsərrüfatı sahələrini bərpa etmək üçün hərəkətə keçib.Cebhe.info-nun apardığı araşdırmaya görə, Bakıdan göndərilmiş nümayəndələr və yerli icra hakimiyyəti orqanları ilə torpaqların təftişinə başlanılıb. Təftiş əhaliyə ayrılmış pay və həyətyanı torpaq sahələrində aparılır. Məqsəd rayon və bölgələrin iqlim şəraitinə uyğun gələn kənd təsərrüfatı sahələrini yenidən dirçəltməkdir. Nəzərdə tutulmuş sahələrlə məşğul olacaq vətəndaşlara bunun üçün müəyyən miqdarda dotasiya da ayrılacaq.Bərpa olunacaq sahələrə ipəkçilik, gül yağı, kartofçuluq, çəltikçilik, pambıqçılıq, zeytunçuluq, yeni fındıq bağlarının, üzüm plantasiyalarının salınması və s. daxildir.Heyvanlar üçün yemlik və qida buğdalarının əkilməsi sahəsinin genişləndirilməsi də plana daxil edilib.Təftişdə iri və xırdabuynuz heyvandarlıq sahələri də diqqətdən kənarda qalmayıb.İqlim şəraitinə uyğun olaraq, bölgələrdə insanların çalışa biləcəkləri kollektiv heyvandarlıq (iri və xırdabuynuz) təsərrüfatı sahələrinin yaradılacağı bildirilir. Torpaqlar kəndlilərdən alına bilər? Aparılan təftişdə rəsmi nümayəndələrin vətəndaşların həyətyanı torpaq sahələrinə baxış keçirməsi diqqət cəlb edir.Cebhe.info-nun araşdırmasından məlum olub ki, aidiyyatı qurumlar həyətyanı sahələrdə gəlir gətirən ağac növlərinin, xüsusilə, qoz, fındıq və şabalıd bağlarının salınmasını nəzərdən keçirir.Rəsmi qurumlardan verilən tapşırıqdan sonra yerli icra hakimiyyəti orqanları və bələdiyyələr vətəndaşlarla danışıqlara başlayıblar.Vətəndaşlara bildirilib ki, sahib olduqları torpaq sahələrində göstərilmiş ünvan, təyinatı üzrə fəaliyyət həyata keçirməyəcəkləri halda, sahələr dövlət tərəfindən alınıb fəaliyyətdə olan şəxslərə, yaxud yaradılacaq kollektiv təsərrüfatlara veriləcək. Bura əhaliyə dövlət tərəfindən ayrılmış pay torpaqları daxildir. Kənd təsərrüfatının inkişafında yeni mexanizm seçən ölkə rəhbərliyinin vətəndaşların şikayətlərinə uyğun olaraq, yanacaq və gübrənin qiymətlərin aşağı salacağı da gələn məlumatlar arasındadır.Həmçinin bölgələrə müasir kənd təsərrüfatı texnikaları və peşəkar sahə mütəxəssisləri göndəriləcək. “Qarış-qarış gəzməyə ehtiyac yoxdur” Sahə üzrə mütəxəssis Akif Nəsirli “Cümhuriyət”ə bildirib ki, Azərbaycan əhalisinin 60%-dən çoxunun kənd təsərrüfatı ilə məşğul olmaq vərdişi var. A.Nəsirli qeyd edib ki, Sovet dönəmində Azərbaycanın məşğul vətəndaşlarının 60%-dən çoxu kənd təsərrüfatı sahəsində çalışıb: “Digər yandan bu sahənin inkişafı üçün Azərbaycanın kifayət qədər münbit torpaq potensialı da var. Ölkədə kənd təsərrüfatının inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur. Amma hökumətin qarış-qarış gəzib əhalinin pay torpaqlarına, həyətyanı sahələrinə baxması, torpaqların potensialını müəyyənləşdirmək qərarını başa düşmürəm. Kənd təsərrüfatının Azərbaycanda inkişaf etdirmək mümkündür, bunun üçün də vətəndaşlara məxsus torpaqları qarış-qarış gəzməyə ehtiyac yoxdur. Akif Nəsirlinin sözlərinə görə, kəndliyə şərati yaratmaq lazımdır ki, məhsul istehsal edib, sata bilsin: “Kəndlinin istehsal etdiyi məhsulların bazarı yaradılmalıdır. Bunun üçün ilk növbədə kəndli üçün lazım olan şərait yaradılmalıdır.Əgər bu olsa, dövlət tərəfindən dəstəklənsə, təmərküzləşmə nəticəsində inkişafa nail olmaq mümkündür.Lakin bunun müqabilində torpaqlara baxışın keçirilməsinin hansı məqsəd daşıdığını bilmirəm.Ola bilsin ki, hökumətin irəli sürdüyü layihə bunu tələb edir. Bu layihənin detalları ilə tanış deyiləm. Ümumiyyətlə, bu baxışın keçirilməsi mənə qeyri-adi gəlir”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları