Yuxarı

Dollar kəskin bahalaşır

Dollar kəskin bahalaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Cebhe.info xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,19% bahalaşaraq 1,6030 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,04% möhkəmlənərək 1,7573 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 19-u ilə  müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 1,2% möhkəmlənərək 0,5233 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9682 manatdır. Beləliklə, funt sterlinq 0,18%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,29% bahalaşaraq 0,6807 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 21.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6091 səviyyəsində müəyyən olunub.





Həftənin ən çox oxunanları