Yuxarı

Bazar çalxalanır

Bazar çalxalanır

Dollar ən yüksək həddə çatıb, gözlər noyabrın 8-ə dikilib   Dünya valyuta birjalarında dolların məzənnəsi Amerikada keçiriləcək prezident seçkisi ərəfəsində ən yüksək həddə çatıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bundan əvvəlki müddətdə dollarda müəyyən qədər eniş müşahidə olunsa da, yeni həftədən etibarən məzənnə artmağa başlayıb və seçki marafonu müddətində ən yüksək həddə çatıb. Analitiklərin bildirdiyinə görə, dolların ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin valyutası ilə müqayisədə indeksi 0,11% artıb. Yuanın məzənnəsində getdikcə azalma müşahidə olunur. Avronun da məzənnəsində azalma var. Avronun dollara görə məzənnəsi 1,0986 -dan1,0971-ə enib. Bunda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi teledebatların, namizədlərin verdiyi bəyanatların mühüm təsiri olduğu bildirilir. Bu zamana qədər dolların məzənnəsinin azalmasına səbəblərdən biri Hilları Klintonun şəxsi elektron poçtundakı məlumatların araşdırılması ilə bağlı Donald Trampın mövqelərinin möhkəmlənməsi göstərilirdi. İnvestorların böyük əksəriyyəti Klintonu dəstəklədiyindən bu məsələ Amerika valyutasının da birjalardakı durumuna mənfi təsir göstərirdi. Lakin Donald Trampa qarşı xüsusən tanınmış qadınların irəli sürdüyü seksual xarakterli iddialar Klintonun reytinqini artırıb. Bu isə birjada dolların digər valyutalara nəzərən bahalaşmasına əsas yaradıb. Lakin dolların məzənnəsinin yaxın 1 həftə ərzində necə dəyişəcəyi sual altındadır. “Siyası vəziyyət qeyri-müəyyənliyi artırır. Bazarlar ABŞ-dakı seçkilər öncəsi dollara etimad etməyəcəklər”,- deyə “Societe Generale”ın valyuta ilə əməliyyatlar bölməsinin rəhbəri Kiosuke Suzuki bildirib. Xəzər





Həftənin ən çox oxunanları