Yuxarı

Azərbaycanın xarici borcu 1,1 milyard artıb

Azərbaycanın xarici  borcu 1,1 milyard artıb

 

Ekspert narahatlığa əsas görmür

“Son iki ildəki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib. Belə ki, 2015-ci il yanvarın 1-dən 2016-cı il oktyabrın 1-nə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollardan, 7,6 milyard dollara çatıb”.

Cebhe.info-nun məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. İqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin azalması səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı bir dövrdə bunu böyük artım adlandırmaq nə qədər məntiqlidir?

İqtisadçı qeyd edib ki, sadəcə manatın son iki kəskin devalvasiyasından sonra bu borcun həcmi manat ifadəsində artıb: “Əgər manatın məzənnəsində iki kəskin devalvasiya baş verməsəydi, onda bu günə mövcud olan 7,6 milyard dollar xarici borcumuz milli valyuta ilə cəmisi 5,9 milyard manat təşkil etmiş olardı. Bütövlükdə xarici borcumuz ümumi daxili məhsulun 20 faizdən bir qədər artıq hissəsini təşkil edir.

Xarici borcun həcmi ÜDM-un 50 faizdən çox olduqda, bu, artıq düşünmək üçün bir əsas ola bilər. Əslində normal borclanma bütün hallarda məqbul sayıla bilər. Bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nun az qala 100 faizi həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə isə bu göstərici onların ÜDM-nu bəzən bir neçə dəfə üstələyir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları