Yuxarı

Beynəlxalq Bankda müəmma

Beynəlxalq Bankda müəmma

Samir Şərifov hədəfə gəlir

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan qalmaqal bitmək bilmir.Bankın sədri Elmar Məmmədov da təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, ABB-nın sabiq sədri Cahangir Hacıyev ölkədən 9 milyard vəsait çıxarmaqda, dövlət əmlakını talamaqda ittiham olunaraq həbs edilib.Cahangir Hacıyevi əvəzləyən Elmar Məmmədov isə “qara bazar”a dollar ötürməkdə ittiham olunur.Qeyd edək ki, ABB-nin ötən gün vəzifədən azad olunan rəhbəri Elmar Məmmədov maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınırdı.Onun vəzifədən azad olunması və təhlükəsizlik xidməti tərəfindən saxlanılması da Samir Şərifova qarşı aparılan kampaniyanın tərkib hissəsi hesab edilir.

Banka nəzarət üstündə oliqarx savaşı

Ümumiyyətlə, maliyyə sektorunda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və digər aidiyyatı qurumlar hər zaman qarşıdurmada olublar.Bu qurumlar ölkədə baş verən 2 kəskin devalvasiyaya görə bir-birini ittiham etdilər. Zamanında cinayətkar əməllərinə görə, vəzifəsindən azad olunaraq həbs eidlən  Cahangir Hacıyevin sabiq MTN şefi Eldar Mahmudova yaxın olması  ABB ətrafında hazırda baş verən olayların birbaşa səbəbidir.

O zaman Cahangir Hacıyevin yerinə Samir Şərifovun adamının gəlməsi yəqin ki, “mahmudovçu”ları qıcıqlandırıb. İndi də onlar Samir Şərifovdan bir növ qisas almağa çalışırlar.Zamanında MTN şefinin həbs olunmaması indi vəziyyətin bu yerə gəlməsinə səbəb olub.

Belə görünür ki, Eldar Mahmudovun mövqeləri günü-gündən güclənir və sabiq MTN şefi cinayətkar əməllərini üzə çıxaran şəxslərdən qisas almağa başlayıb.Son günlər bəzi hökumət rəsmilərinin “qara bazar” məsələsini gündəmə gətirməsi də təsadüfi deyil.Ekspertlərə görə, baş berənlər Samir Şərifova qarşı oynanılan oyunun bir hissəsidir.

Niyə məhz Beynəlxalq Bank?

Beynəlxalq Bank Azərbaycanın ən böyük banklarından biridir. Bu baxımdan  oliqarxlar banka  nəzarət etmək üçün özlərinə yaxın olan şəxslərin rəhbərliyə gətirilməsində maraqlıdırlar. Hazırda ABB ətrafında böyük oyun gedir.

Bəllidir ki, maliyyə naziri Samir Şərifov siyasi arenada çox ciddi fiqurdur və kifayət qədər gücə sahibdir.Bu baxımdan onun yaxın adamının “vurulması” qarşıdurmanın daha kəskinləşəcəyindən xəbər verir.Yaxın günlərdə proseslərə müəyyən qədər aydınlıq gələcək.Samir Şərifova qarşı qurulan bu oyunun arxasında mahmudovçuların çıxacağı istisna olunmur.

Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları