Yuxarı

Mərkəzi Bank manatı qurtara bilməyəcək

Mərkəzi Bank manatı  qurtara bilməyəcək

 \\2017-ci il üçün bədbin proqnoz: İnflyasiya artacaq\\2016-cı ildə ölkə iqtisadiyyatı ağır böhranla üz-üzə qaldı. Böhran nəticəsində ölkənin milli valyutası kəskin dəyər itirdi və valyuta bazarında dollar qıtlığı yarandı. Hal-hazırda da valyuta bazarında baş verən problemlər artan templə davam edir. Azərbaycan Mərkəzi Bankının ötən ildə apardığı pul-kredit siyasəti müstəqil ekspertlər tərəfindən kəskin tənqid olundu. Müəyyən dövrlərdə AMB-nin rəsmiləri də aparılan siyasətin effektsiz olduğunu dedilər. MB-ın apardığı pul siyasəti nə qədər yanlış və effektsiz olsa da bu prosesin dəyişilməsi üçün heç bir ciddi addım atılmadı.\\MB pul siyasətini olduğu kimi saxladı və heç bir dəyişiklik etmədi. Bu gün hər kəsi maraqlandıran suallardan biri də 2017-ci ildə AMB pul siyasətini dəyişəcəkmi?\\Hal-hazırda gedən proseslərə nəzər salsaq, görürük ki, AMB apardığı pul siyasətində heç bir dəyişiklik etməyəcək. 2017-ci il üçün təsdiq olunmuş büdcə layihəsində də AMB ilə heç bir dəyişiklik qeydə alınmayıb. Belə ki, 2016-cı ildə olduğu kimi AMB-nin maliyyə resursları 4 milyard dollar nəzərdə tutulub. Qeyd edək ki, bu 1 il ərzində AMB-nin valyuta hərracına çıxara biləcəyi dolların miqdarıdır. Nəzərə alsaq ki, AMB 1 həftədə 2 dəfə hərrac keçirir və AMB-nın 2017-ci il üçün təsdiq olunmuş büdcəsi yalnız hər hərraca 40 milyon çıxarmaq imkanını verir. Bu valyuta bazarındakı mövcud durumu yaxşılaşdırmağa kifayət etmir. Belə ki, bu gün ölkədə dollara tələbat çox yüksəkdir. Ancaq kommersiya bankları öz təlabatlarını ödəyə bilmədikləri üçün dollar satışı həyata keçirmirlər. Bu da əhali arasında ajiotajın yaramasına səbəb olur.\\AMB-nin maliyyə resursları dəyişmədi\\Ehtimal olunur ki, AMB əhali arasında yaranan dollar ajiotajını aradan qaldırmaq üçün yanvar ayında valyuta bazarına 400 milyon dollar çıxaracaq. Bu da bankların dollar tələbatını təxminən 80 faiz ödəyir. Qeyd edək ki, AMB ötən ildə də belə bir addım atdı və avqust ayında valyuta bazarına 380 milyon dollar çıxardı. Həmin dövrdə dollar ajiotajı nisbətən səngidi və banklar dollar satışına başladı. Bu da müəyyən dövrlər üçün manatın nisbətən dəyər qazanmasına səbəb oldu. Ancaq bu proses davamlı ola bilmədi və manat yenidən kəskin ucuzlaşmağa başladı. Və nəticədə ölkənin milli valyutası 2017-ci ilə 1.77 məzənnə ilə start götürdü. Əgər AMB yenə də hərraca 400 milyon və ya onun üzərində bir məbləğlə çıxarsa bu manatın məzənnəsinin gələcəkdə daha da surətli ucuzlaşmasına səbəb olacaq. Çünki yenə də AMB bazarı mütəmadi şəkildə dollarla təmin edə bilməyəcək. Çünki ötən ildə olduğu kimi, yenə də AMB-nin maliyyə resursalrı buna imkan vermir.\\İnflyasiya artır,nböhran dərinləşir\\Digər tərəfdən ölkənin inflasiya göstəriciləri kəskin şəkildə pisləşir. AMB-nin rəsmi məlumatına görə ölkənin 2016-cı ilin sonu üçün inflyasiya göstəricisi 15.6 faizdir. Bu kifayət qədər yüksək rəqəmdir. Ancaq hər zaman olduğu kimi AMB-nin verdiyi rəqəmlərdə yanlışlıqlar özünü göstərir. Hal-hazırda ölkənin inflyasiya göstəricisi 20 faizdən yüksəkdir. Rəsmi məlumatlarda rəqəmlərin aşağı göstərilməsi əmək haqlarının indeksləşməsilə bağlı olan məsələdir. Məlumdur ki, ölkədə əmək haqları və dövlət maaşları inflyasiya dərəcəsinə görə indeksləşdirilir. Məhz buna görə rəsmi rəqəmlərlə real göstəricilər arasında ciddi fərq olur.\\İqtisadçılar bildirirlər ki, 2017-ci ilin ilk yarısında inflyasiya dərəcəsi 25 faizdən yüksək olacaq. Əgər bu proqnozlar özünü doğruldarsa, bu ölkə iqtisadiyyatının tam şəkildə çökməsilə nəticələnəcək. Ümumiyyətlə, ölkənin iqtisadi durumu aparılan pul-kredit siyasətinin effektliyindən asılı olacaq. Belə ki, ötən illər üçün aparılan pul-kredit siyasətinin uğurlu olmaması iqtisadi böhranın ciddi şəkildə dərinləşməsinə səbəb oldu. Bütün bunların fonunda ölkənin bank sektoru demək olar iflic vəziyyətinə düşdü. Bankların bu vəziyyətə düşməsinin tək səbəbkarı AMB-nin apardığı yanlış pul-kredit siyasəti deyil. Kommersiya bankları da zamanında külli miqdarda gəlir əldə etmək üçün aşağı faizlə cəlb etdikləri əmanətləri yüksək faizlə əhaliyə kredit şəklində verdi. Nəticədə problemli kreditlərin həcmi külli miqdarda artdı. Qeyd edək ki, hal-hazırda problemli kreditlərin həlli ümumi kredit portfelinin 51 faizini əhatə edir. Növbəti dövrlərdə də bu problemin həll olunacağı ehtmalı çox aşağı qiymətləndirilir.\\Ümumi götürdükdə AMB-nin ötən ilki siyasətilə bu ilki siyasəti arasında elə də ciddi fərq olmayacaq. AMB ilin ilk yarısında valyuta bazarına müəyyən qədər müdaxilə etsə də manatın dayanıqlığını bərpa edə bilməyəcək. Çünki ölkədə makroiqtisadi tarazlıq və biznes mühiti yoxdur. Bu da ölkənin ümumilikdə böhrandan çıxmasının qarşısını alan məqamlardandır. Nəticədə isə AMB-nin maliyyə siyasətini dəyişməsi və ya digər addımlar atması manatı qorumaq gücündə olmayacaq. Yeganə çıxış isə yenə də köklü islahatlardan asılı olacaq.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları