Yuxarı

Neft anlaşması büdcəni qurtara biləcəkmi?

Neft anlaşması büdcəni qurtara biləcəkmi?

“ABŞ neft ehtiyatlarını satışa çıxarsa, neftin qiyməti növbəti zərbə alacaq”\\Zəfər Vəliyev: “Əgər bu sazişin icrası davam edəcəksə, neftin qiymətində müəyyən təsirlər olacaq”\2016-cı il OPEK-ə üzv və qeyri-üzv ölkələr arasında neftin hasilatına dair razılaşmanın əldə olunması kimi tarixi bir hadisə ilə yadda qaldı. Belə ki, görüşdə OPEK-ə üzv olmayan 11 ölkə iştirak edib. OPEK-ə qeyri-üzv ölkələrin 2017-ci il yanvarın 1-dən Vyanada keçirilən görüşdə gündəlik neft hasilatının həcmini sutkada 612 min barelə qədər azaltmağı qərara aldılar. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel, Meksika 100 min barel, Qazaxıstan 50 min barel, Oman 45 min barel, Malayziya 35 min barel, Bəhreyn və Ekvatorial Qvineya 12 min barel, Cənubi Sudan 8 min barel, Bruney 7 min barel, Sudan və Boliviya 4 min barelədək azaldacaqlar.\\Qeyd edək ki, noyabrın 30-da OPEK-ə10 üzv olan ölkələr Liviya, Nigeriya və İran istisna olmaqla hasilatı 1,2 milyon barel sutka azaltmağı öhdəlik götürüb. Bu o deməkdir ki ,Vyana sazişinə görə 2017-ci ilin 1-ci yarım illiyində OPEK-in gündəlik hasilat həcmi təxminən 32,5 milyonbarel təşkil edəcək. Ötən gün Energetika naziri Natiq Əliyev mətbuata bildirib ki, OPEK-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu. Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq: “Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”. \\Natiq Əliyevin fikrincə, bu il dünya bazarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayış olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.\Maraqlıdır, görəsən nazirin də dediyi kimi, 2017-ci ildə neftin qiyməti 60 dollara qədər arta bilərmi?\\“Neftin qiymətində sıçrayışlar olacaq”\\\\Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki,OPEK-in Vyana toplantısında qəbul olunan qərar yanvarın 1-dən qüvvədədir: “İlkin olaraq Oman və Küveyt milli neft şirkətinin rəhbərliyi artıq 2017-ci ilin yanvardan başlayaraq hasilat həcmlərinin azaldılması ilə bağlı mövqelərin bildiriblər. Söhbət mərhələli azalmadan gedir. Məsələn, Vyana sazişinə görə Küveyt gündəlik hasilat həcmlərini 130 min barel azaltmaqla bağlı öhdəlik götürüb. \\Bu, 6 ay müddətində olacaq. Hesab edirəm ki, ilk ayda neftin qiymətində sıçrayışlar olacaq. Neftin qiyməti müəyyən zaman qalxa da bilər, enə də bilər. Çünki həm OPEK, həm də qeyri-OPEK ölkələrinin hasilat həcmlərinin azaldılması ilə bağlı götürdükləri öhdəliklər, artıq bazara pozitiv təsirini göstərib. Yəni, demək olar ki, OPEK öz üzərinə düşən öhdəliyi yerinə yetirib. Bundan sonra qalır həm noyabrın 30-da, həm də dekabrın 17-də bağlanan sazişin müddəalarını həyata keçirmək. Əgər bu sazişin icrası davam edəcəksə, təbii ki, neftin qiymətində müəyyən təsirlər olacaq”.\\“Səudiyyə maraqlı deyil”\\Ekspert hesab edir ki, beynəlxalq bazarlar üçün bir təhlükəli faktordan biri ondan ibarətdir ki, 2016-cı ilin may ayından bu günə kimi ABŞ-da aktiv qazma qurğularının sayında ciddi artımlar müşahidə olunmasıdır: “Hazırda ABŞ-da aktiv neft qazma qurğularının sayı 525-ə çatıb. Bu, qarşıdakı illərdə də davam edəcəkdir. Əgər neftin qiyməti 60 dollar civarında bərqərar olarsa, təbii ki, ABŞ-da şist neft hasil edən şirkətlər öz fəaliyyətlərini bərpa edəcəklər. Proqnozlar verirlər ki, əgər qlobal bazarlarda neftin qiyməti 60 dollar həddinə çatarsa, qısa müddətdə ABŞ-da şist neft hasilatı sutkalıq 500 ton barel artacaq. Hazırda 4. 5 milyon bareldir. Bu gün ABŞ-da sutkalıq neft hasilatı 8 milyon 800 min bareldir. Bunun artam ehtimalı da gündən-günə güclənir. \\Ən əsası Konqres 2017-ci ilin büdcəsinin müzakirəsi vaxtı ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsinin satılması ilə bağlı qanun layihəsini irəli sürüb. ABŞ 2017-2025-ci illər arası 132 milyon barel strateji neft ehtiyatlarından xam neftin satışını planlayır. Əgər ABŞ strateji neft ehtiyatlarının bir hissəsini satışını təşkil edərsə, beynəlxalq bazarlarda neftin qiyməti növbəti zərbə alacaq. Etiraf etməliyik ki, qlobal bazarlarda neftin qiymətinin kəskin ucuzlaşması əsas səbəblərindən biri ABŞ-da, Səudiyyə Ərəbistanında, Rusiyada şist neft hasilatının durmadan artmasıdır. Bunlar bazara neqativ təsir göstərir”. \\Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanı və onunla eyni mövqedə olan potensial neft ixrac edən ölkələr qlobal bazarlarda neftin qiymətinin 60 dollara qalxmasında maraqlı deyillər: “Çünki neft ixrac edən dövlətlər yaxşı bilirlər ki, 60 dollar artıq ABŞ-da şist neft hasilatının artmasına səbəb ola bilər. Proqnoz vermək olar ki, ilk 6 ayın neftin qiyməti 50-55 dollar arasında dəyişə bilər”.\\Qeyri-OPEK ölkələrinin sutkalıq neft hasilatının azalması neftin qiymətini artmasında rolu varmı?\\Zəfər Vəliyev bildirib ki, qeyri-OPEK ölkələri arasında potensial neft ixrac edən dövlətlər var: “Xüsusilə, Rusiyanın adını çəkmək olar ki, onun gündəlik neft hasilatının həcmi 200 min barel civarındadır. Həmçinin Meksikanın, Qazaxıstanın da adını çəkmək olar. Hər üç dövlətin ixrac həcmlərində müəyyən azalmalarla bağlı öhdəlik götürməsi o deməkdir ki, bu dövlətlərin beynəlxalq enerji bazarlarında qiymətə çox ciddi təsirləri var. Hazırda beynəlxalq enerji bazarlarını Rusiyanın iradəsindən kənar fikirləşmək olarmı? Təbii ki, olmaz. Sutkalıq hasilat 11 milyon 200 min barel, ixrac həcmləri sutkalıq 4 milyon 700 min barel təşkil edir. Kifayət qədər bazarlara təsir etmək imkanı olan bir dövlətdir. Rusiyanın həm dəniz nəqliyyatı, həm boru kəməri və digər nəqliyyat vasitəsilə ixrac imkanları digər dövlətlərin ixrac imkanlarından çox genişdir”. \\Azərbaycan OPEK qarşısında götürdüyü öhdəliyi yerinə yetirə biləcəkmi?\\Ekspert Azərbaycanın 35 min barel sutkalıq hasilat həcmlərinin azaldılması ilə bağlı öhdəlik götürdüyünə diqqət çəkərək qeyd edib ki, bu, ARDNŞ-nin aktivində olan neft yataqları vasitəsilə həyata keçiriləcək: “Onsuz da 2010-cu ildən bəri Azərbaycanda sutkalıq hasilat həcmlərinin azalması müşahidə olunmaqdadır. Çünki “Azneft” İstehsalat Birliyinin aktivində olan yataqlar istismar müddətini başa vurub. Onlar qocalmış yataqlardır. Azərbaycan öhdəlik götürməsə belə, ilbəil neft hasilatı aşağı düşüb. Amma Rusiyanın sutkalıq hasilatında son iki ayda 40-50 min ton arasında azalma müşahidə olunub.\\Yanvar-fevral aylarında Rusiyanın sutkalıq hasilat həcmi 50 min barel azalacaq. Məlumdur ki, Rusiya sutkalıq hasilatı 300 min barel azaltmaq barədə öhdəlik götürüb. Bunu isə 12 enerji şirkəti arasında bölüb. Hesab edirəm ki, aprel, may aylarında Rusiya 300 min barelə çatacaq. Zənnimcə, Rusiya qurudakı yataqlarını konservasiya etməyəcək. Çünki bu, texniki cəhətdən mümkün deyil. Rusiya daxili neft emalı zavodlarına neft tədarükünü azaldacaq.\\Digər tərəfdən Peçora dənizində "Prirazlomnoye" şelf yatağında olan hasilat platformasının texniki baxışa saxlanması ilə əlaqədar kommersiya hasilatı yazda üç ay müddətində dayandırılacaq. Hesab edirəm ki, şelf yatağında geotexniki baxışa dayan platformalardakı hasilat həcmlərinin azaldılması hesabına bu öhdəlik kompensasiya olunacaq.\\Amma Rusiya iri yataqlarda heç bir quyunu bağlamayacaq. Bu texniki cəhətdən mümkün deyil”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları