Yuxarı

Xaricə çıxarılmış milyardları ölkəyə qaytarmaq olarmı?

Xaricə çıxarılmış milyardları ölkəyə qaytarmaq olarmı?

“Pulların geri qaytarılması mümkündür”\\Əkrəm Həsənov: “Pulların geri qaytarılması mümkündür”\\2016-cı il Azərbaycanda keçirilən səs-küylü məhkəmə prosesləri, həbslər onu göstərdi ki, həqiqətən də ölkə xaricinə ciddi məbləğlər çıxarılıb. Həmin pulların əksər hissəsi ofşor zonalarındadır. Təəssüf ki, oliqarxlar və məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edərək, pullarını xarici valyuta ilə ölkədən çıxarıblar. Bizim oliqarxlar inkişaf etmiş ölkələrdə biznes qurur, sərmayə yatırır, villalar alır, pullarını xarici banklarda saxlayırlar. Təkcə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev yüz milyonlarla pulu mənimsəyərək, ölkədən çıxarmağa müvəffəq olub. Bəzi ölkələrin təcrübəsində pulları geri qaytarmaq mümkündür. Amma Azərbaycanda bunu etmək çətindir. Digər tərəfdən belə bir nümunə yoxdur.\\Maraqlıdır, oliqarxlar tərəfindən oğurlanmış pulları ölkəyə necə qaytarmaq olar?\\\\Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ölkədən çıxarılan pullar əksər hallarda banklardan kredit adı altında götürülmüş vəsaitlərdir: “Həmin məbləğlər guya ki, iri sənaye, tikinti layihələrinə qoyulur. Amma əslində həmin kredit oliqarxları tərəfindən xaricə çıxarılıb. Əksər hallarda həmin vəsaitlə hansısa əmlak alıblar və yaxud da biznesə, bəzən də pul hansısa ofşor şirkətlərə yatırılıb. Həmin krediti oliqarxlar öz adlarına yox, yaxın dostlarının, qohumlarının adına ediblər. Hətta ofşor zonada bunu öz adlarına ediblərsə belə, həmin mülkün, əmlakın həqiqi sahibi haqqında məlumatı almaq mümkün deyil. Bəzi oliqarxlar pulların xeyli hissəsini çıxarsalar da, bir hissəsini isə gözdən pərdə asmaq üçün Azərbaycanda da müəyyən işlər görüblər. Bu şəxslər ətrafına özləri kimi adamları yığıblar, o insanlar da pulları onlardan oğurlayıb. \\Onlardan biri “AzMeCo” şirkətidir. Bu şirkət Beynəlxalq Bankdan hansısa zavodun tikilməsi üçün təxminən 500 milyon dollar pul çıxarmışdı. Hələ 2011-ci ildə “AzMeCo” şirkəti “VTB” banka da müraciət etmişdi. O vaxtı bildirmişdim ki, bu layihə boş şeydir, sadəcə, pulları ölkədən çıxarırlar. Amma onlar Beynəlxalq Bankdan belə bir krediti ala bilmişdi. Tutaq ki, həmin 500 milyon dolların 100 milyonu zavodun tikintisinə yatırılıb. Həmin zavoda da özləri kimi oğruları yığıb. Onlar necə ki, dövləti aldadırdılar, öz işçiləri də onları aldadıb. Həmin şəxslər istəsələr belə ki, o pulları qaytarsınlar, bu, alınmayacaq. Çünki o pulların hamısı onlarda yoxdur. Həmin vəsaitin bir hissəsini onlardan oğurlayıblar, bir hissəsini öz keflərinə xərcləyiblər, bir hissəsi də başqa adamların adlarına olduğu üçün ortaya vəsaitin geri qaytarılmaması məsələsi çıxır. Bu nöqteyi-nəzərdən müəyyən qədər pulların geri qaytarılması mümkündür”.\\Hüquqşünas Beynəlxalq Bankın məhkəmə işi çıxan kimi bir neçə oliqarxın həbsinə də diqqət çəkib. O qeyd edib ki, həmin şəxsləri bir neçə gün saxlayandan sonra azad etdilər: “Bu o deməkdir ki, onlar müəyyən vədlər veriblər. Amma onlar gözəl bilirlər ki, pulların hamısını qaytara bilməyəcəklər. Ola bilsin ki, sadəcə azadlığa çıxmaq üçün həmin pulların cüzi bir hissəsini qaytarıblar. Həmin oliqarxları Azərbaycandan xaricə buraxmırlar. \\Onlar sadəcə vaxt udurlar. Hesab edirəm ki, pulların qaytarılmasında qanundankənar addımlar atmaq lazımdır. Belə ki, onları döymək, işgəncə vermək olar. Bilirik ki, dünyanın istənilən ölkəsinin hüquq-mühafizə orqanlarında bu cür hallar var. Təbii ki, insanlara işgəncə vermək qəbuledilməzdir. Bu gün insanların əksəriyyətinin işsizliyi, maaşlarının azlığı, ailələrin dağılmasının əsas səbəbkarları məhz belə şəxslərdir”.\\Əkrəm Həsənov onu da qeyd edib ki, ölkədən nə qədər pul çıxarılması ilə bağlı rəsmi statistika yoxdur: “Amma hesablamalar göstərir ki, ölkədən böyük məbləğdə pullar çıxarılıb”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları