Yuxarı

Hökumətin çıxış yolu tükəndi

Hökumətin çıxış yolu tükəndi

Beynəlxalq Bank özəlləşdiriləcək\\Azərbaycan Beynəlxalq Bankı ətrafında ötən ildən yaranan qalmaqal bankın sabiq sədri Cahangir Hacıyevin həbsiylə nəticələndi. Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun cinayətlərində əlbir olan C.Hacıyev ölkədən qanunsuz yollarla külli miqdarda vəsait çıxarmaqda və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edildi. Ancaq belə görünür ki, qalmaqallı bankın başı üzərindən hələ də qara buludlar çəkilməyib. Belə ki, Cahangir Hacıyevdən sonra ABB-nin İdarə Heyətinə rəhbər gətirilən Elmar Məmmədov da “qara bazar”a dollar ötürməkdə ittiham olunaraq bankın rəhbərliyindən kənarlaşdırıldı. Qeyd edək ki, Elmar Məmmədov maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınır.\\Bir müddət öncə hökumət ABB-nin aktivlərinin sağlamlaşdırılması üçün qərar verdi. Bundan sonra bankın xarici borcalrının ödənilməsi üçün Dövlət Neft Fondu cüzi faizlə ABB-yə 1 milyard dollar əmanət yerləşdirdi. Əslində Fondun banka yerləşdirdiyi bu əmanət hesabına bankın bütün xarici borclarını bağlayaraq aktivlərini sağlamlaşdırmaq nəzərdə tutulurdu. Ancaq gözlənilən olmadı. Məlumatlara görə, ABB-nın o dövr üçün rəhbəri olan Elmar Məmmədov Fondun banka qoyduğu 1 milyard dolları “qara bazar”a ötürərək külli miqdarda gəlir əldə etməyə cəhd göstərib. Hökumətin son “qara bazar” əməliyyatının kökündə duran əsas məsələ də məhz budur. Ümumiyyətlə, son günlər ABB-nin yaratdığı görüntü ancaq dövlət maraqlarına zidd fəaliyyət göstərməkdir.\\ABB aktivlərinin sağlandırılması üçün yeni addımlar atılır. Belə ki, 10 yanvar tarixində bankın səhmdarları ilə görüş keçiriləcək. Ehtimal olunur ki, bankın səhmdarları ilə keçirilən görüşün əsas məqsədi aktivlərin sağlamlaşdırılması deyil, bankın özəlləşdirilməyə çıxarılmasıdır.\\Qeyd edək ki, bir müddət öncə də hökumət rəsmiləri yaxın gələcəkdə bankın özəlləşdirməyə çıxarılacağıyla bağlı fikirlər səsləndirirdi. Hal-hazırda da gedən proseslər bankın özəlləşdirilməsi istiqamətində gedir. Ekspertlər hesab edir ki, hökumət artıq ABB-nı saxlamaqda maraqlı deyil.\\Çünki ABB bu günə qədər dövlətə 10 milyard dollardan çox zərər verib. Hökumət də ABB üçün sağlamlaşdırma planı baş tutmadı. Cahangir Hacıyevdən sonra banka rəhbər gətirilən Elmar Məmmədov da ABB-nin etimadını, etibarını qaytarmaq əvəzinə sələflərinin yolunu getməyini daha üstün tutdu. Bankın borclarının ödənilməsi üçün Fond hesabına verilən 1 milyard dolları da öz maraqları uğrunda sərf edərək bankın daha çox borca düşməsinə səbəb oldular. ABB-nin bir müddət öncə yalnız xarici borcları var idisə, indi həm də Dövlət Neft Fonduna da 1 milyard borcu var. Təbii ki, bütün bunlar bilinən borclardır, bilinməyən borcların da olması istisna deyil.\\Hökumət üçün ciddi problemə çevrilən ABB-ni artıq özəllişdirməyə çıxarmaqdan başqa yolu qalmayıb. Çünki bankın rəhbərliyinə kimin gətirilməsindən asılı olmayaraq vəziyyət dəyişməyəcək. Hər kəs öz maraqları naminə dövlət vəsaitini talamaqla özünə imperiya qurmaq haqda fikirləşir. Bunun üçün də 10 yanvar tarixində keçiriləcək səhmdarların iclasında bankın özəlləşdirməyə çıxarılması haqqında qərarın veriləcəyi ehtimalı yüksəkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq hökumətin alternativ çıxış yolu qalmayıb.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları