Yuxarı

Hökumətdən əks-hücum

Hökumətdən əks-hücum

Banklarda dollar satışı bərpa edilir: 2 manatı keçməməsi üçün\\“Manatın bu il də ucuzlaşması gözləniləndir. Dünyada gedən proseslər milli valyutaya təsirsiz ötüşməyəcək. FED uçot dərəcəsini gözləntilər çərçivəsində, yəni, 3 dəfə artırsa, dünyada dolların məzənnəsi artacaq. Əlbəttə, bu amil milli valyutanın daha da dəyərdən düşməsinə səbəb olacaq. Bununla yanaşı ölkə iqtisadiyyatında neftin qiymətinin nə qədər olacağı da önəm kəsb edəcək. Bu iki amil 2017-ci ildə ölkə iqtisadiyyatını tənzimləyəcək”.\\Bu sözləri Cebhe.info-ya açıqlamasında Natiq Cəfərli deyib. Bəzi proseslər onu göstərir ki, hökumət manatın kəskin dəyərdən düşməsini istəmir. İqtisadçı isə belə hesab edir ki, hökumət ilin ilk yarısında manatın dəyərdən düşməsinin qarşısını almaq üçün cəhdlər edəcək:\\“Bunun üçün də ötən gün Mərkəzi Banka əlavə vəsaitlərin verilməsi haqda prezident fərmanı olub. İndiki şəraitdə başqa çıxış yolu da yox idi. Bazarda tək oyunçu Neft Fondu idi. Artıq Mərkəzi Bankın da hərraclarda iştirakı üçün bir imkan yaranıb. Atılan addım da mahiyyət etibarı ilə manatın dəyərdən düşməsinin qarşısının alınmasına hesablanıb. Düşünürəm ki, hökumət ən azı ilin birinci yarısında dolların məzənnəsinin manatla müqayisədə 2 manatı keçməsinə imkan verməyəcək. Çünki bank sektorunda kifayət qədər problemlər var. 2 manat həddi aşılarsa, manatın məzənnəsinin psxioloji problemləri yarana bilər”.\\İqtisadçı-ekspert Mərkəzi Bankın aqrar istiqrazlarının bir hissəsinin Dövlət Neft Şirkətinə verilməsinə münasibət bildirərək qeyd edib ki, daha sonrakı addımlar effektli olarsa, bu il müsbət nəticə əldə etmək olar: “İstiqrazların bir hissəsinin Dövlət neft Şirkətinə verilməsi bu sahədə atılan müsbət addımlardan biri kimi dəyərləndirilməlidir. Digər sahələrdə də ciddi addım və islahtalar olmazsa, bu qərar effektivliyini itirər”. \\İqtisadçının sözlərinə görə, ilin ikinci yarısında vəziyyət daha çox dünyada baş verən hadisələrdən asılı olacaq. Neftin qiymətində kəskin ucuzlaşma olarsa, ilin ikinci yarısında manat sürətlə dəyərdən düşəcək: ““Qara bazar”ın formalaşması istənilən ölkənin maliyyə bazarı üçün bir ayıb hesab edilir. Keçirilən hərraclardan sonra hökumət başa düşüb ki, “qara bazar”la mübarizə mümkünsüzdür. Çox güman ki, yaxın müddətdə bank sistemində valyuta satışının bərpası məsələsi gündəmə gələcək. \\Ötən gün keçirilən hərracda dəfələrlə çox valyuta bazara çıxarılıb. Bununla bağlı rəsmi açıqlamalar verilməsə də ehtimal olunur ki, çıxarılan valyutanın məbləği yüksək olub. Düşünürəm ki, banklar valyuta satışını yenidən bərpa edərlərsə, bu, “qara bazar”ın fəaliyyətini zəiflədə bilər”.\\Nigar Məhərrəm





Həftənin ən çox oxunanları