\\Qubad İbadoğlu: “İnflyasiyanın həddi təxminən 15 faizə yaxındır”\\Baxmayaraq il dəyişib, amma Azərbaycan Mərkəzi Bankı hələ də inflyasiya həddini açıqlamır. Bankın rəsmi səhifəsində ancaq 2016-cı il noyabr ayının məlumatı yerləşdirilib ki, burda da inflyasiya 12.1 faiz göstərilir. Ötən il ərzində inflyasiyanın ən yüksək həddi 2016-cı ilin yanvar ayında qeydə alınıb-13.6 faiz. Ən aşağı inflyasiya səviyyəsi isə 10.4 faiz olub. Ümumilikdə il ərzində inflyasiyanın səviyyəsi iki rəqəmli göstəricilərlə ifadə olunub. Qeyd edək ki, 2015-ci ilə qədər Azərbaycanda inflyasiya bir rəqəmli olub .\\Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, yalnız ötən ilin mart ayına qədər inflyasiya səviyyəsi hesablanıb. Bildirilir ki, 2016-cı ilin 11 ayında orta illik inflyasiya 12, 11 faiz olub. Orta illik əsasda ərzaq qiymətləri 14,1 faiz, qeyri-ərzaq qiymətləri 16,8 faiz, xidmət qiymətləri isə 5,6 faiz artıb. Rəsmi məlumatlar verilməsə də, məlumdur ki, son illər Azərbaycanda əhalinin gəlirləri sürətlə azalıb. Ölkədə işsizlik pik həddədir, maaşların artım isə kəskin şəkildə aşağı düşüb. Gəlirlər artmasa da, xərclər artıb. Rəsmi məlumatlarda ölkədə inflyasiyanın həddi ikirəqəmli göstərilir. Müstəqil ekspertlər bildirir ki, Azərbaycanda gəlirlər düzgün bölüşdürülmür. Siniflər arasında rəqabət getdikcə dərinləşir. Artım barədə hökumətin vədlərinə baxmayaraq, rəsmi rəqəmlərə əsasən ölkə əhalisinin real gəlirləri azalır. Qeyri-rəsmi rəqəmlərə istinad edilsə, azalma tempi daha da sürətli olacaq. Ekspertlər qeyd edir ki, manatın getdikcə dəyər itirməsi bu prosesi daha da dərinləşdirir.\\İqtisadçı-alim Qubad İbadoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, tam olmayan rəsmi məlumatlara əsaslansaq, inflyasiyanın həddi təxminən 15 faizə yaxındır: “Alternativ hesablamalar aparmamışıq, amma qiymətlər üzərində apardığımız müşahidələr, eyni zamanda ailə büdcəsindəki dəyişiklikləri əsas götürərək onu deyə bilərik ki, Azərbaycanda rəsmi statistik məlumatda əks etdirilən inflyasiya mövcud gerçəkliklərə uyğun deyil.\\Açıqlanan rəqəmlə müqayisədə gerçək inflyasiya ən azı iki dəfəyədək yüksək ola bilər. Çünki burda ciddi aspektlər var. Metodologiyada Dövlət Statistika Komitəsi inflyasiyanı 585 adda baza xidmətindən daxil olan məlumat əsasında hesablayıb. Halbuki bu gün orta azərbaycanlının perspektivində olan mal və xidmətlərin sayı heç yüzdən çox deyil. Buna görə də əgər yüz adda məhsulun və xidmətin inflyasiyasını hesablasaq şübhə etmirəm ki, bu, ən azı 25-30 faiz təşkil etsin”.\\Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- İnflyasiyada gizlənən rəqəmlər
İnflyasiyada gizlənən rəqəmlər
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi