Xərçəng qorxusu da var?Akif Nəsirli: “Hökumət bu məsələni ciddi şəkildə araşdırmalıdır”Rusiya alimləri ölkədə istehsal olunan bütün taxıl növlərində son dərəcə təhlükəli olan “Fusarium” göbələk xəstəliyinin olduğuna dair məlumat yayıb. Cebhe.info Rusiya mətbutına istinadən xəbər verir ki, bu xəstəliyin ifraz etdiyi mikotoksinlər un, çörək və pivənin tərkibinə daxil olmaqla zəhərlənməyə səbəb olur. Uzun müddət qidanın tərkibində qalan bu mikotoksinlər ağır xroniki xəstəliklər yaradır. Qeyd edək ki, Rusiya taxılında göbələk xəstəliyinə ilk dəfə 1880-1890-ci illərdə Uzaq Şərqdə rast gəlinib. Həmin vaxt taxıla yoluxmuş bu xəstəlik qida zəhərlənməsinə səbəb olub. Xəstəliyin ilk simptomları sərxoşluğa bənzəyir.1930-1950-ci illərdə taxıl göbələyindən kütləvi zəhərlənmə Mərkəzi və Cənubi Ural sakinləri arasında qeydə alınıb. Nəticədə insanlarda ağciyər absesi, o cümlədən təhlükəli fəsadlara gətirib çıxara bilən qan tərkibinin dəyişməsi və septik angina xəstəliyi yaranıb. Hətta az miqdarda göbələk virusu ilə çirklənmiş taxıldan daimi istifadə belə sağlamlığa ciddi təsir göstərir. Xüsusilə, bu təhlükəyə uşaqların məruz qalma riski daha yüksəkdir. Bu göbələk qaraciyər və böyrək kimi müxtəlif həyatı əhəmiyyətli orqanlarda xəstəliklərə səbəb ola bilir. O, hətta xərçəngə gətirib çıxara bilər. Göbələk çox davamlıdır, onilliklər ərzində taxılın tərkibində qalır və yüksək temperaturdakı emal şəraitində belə məhv olmur.Alimlərin fikrincə, taxıl sahələrində göbələyin yaranmasına əlverişsiz hava şəraiti kömək edir. Bəzi mütəxəssislərin dediyinə görə, buna qlobal istiləşmə də səbəb ola bilər.Rusiya Kənd Təsərrüfat Mərkəzinin məlumatına görə, 2016-cı ildə fusariuma yoluxmuş taxıl sahələri 999,3 min hektar və 244,8 min hektar olmaqla iki ərazidə qeydə alınıb. Krasnodar bölgəsindəki qışlıq arpa və buğda toxumunun 96 faizi göbələk xəstəliyinə yoluxaraq məhv olub.Nəzərə alsaq ki, Azərbaycana taxıl əsasən Rusiya və Qazaxıstandan gətirilir, bu baxımdan Rusiya taxılının Azərbaycan üçün nə qədər təhlükəli olacağı gündəmə gəlib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev “Cümhuriyət” qəzetinə açıqlamasında narahatlığa əsas olmadığını deyib. Bildirib ki, ölkəyə daxil olan və ölkədən ixrac olunan bütün taxıl növləri sanitar nəzarətindən keçirilir: “Belə fakt hələ aşkarlanmayıb”.İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, əgər belə bir təhlükəli məqam varsa, məsələ araşdırılmalıdır: “Adətən, bu tip yayılan informasiyalar müxtəlif xarakterli olur. Belə informasiyalar həm də rəqabətdə olan digər şirkətlərin öz rəqiblərinə qarşı istifadə etdikləri “qara piyar” da ola bilir. Ona görə hesab edirəm ki, Rusiyadan taxıl və taxıl məhsulları idxal edən bütün ölkələr, o cümlədən də Azərbaycan hökuməti o məsələni ciddi şəkildə araşdırmalıdır. Təsdiq olunsa ki, bu həqiqətə uyğun informasiyadır, ondan sonra həmin məhsulun daxilolma yolları ilə, izi ilə gedib, bütün məhsulları dövriyyədən çıxarmaq lazımdır. Yəni, ziyanın yarısından qayıtmaq lazımdır. Bu məsələyə aid qurumlar Azərbaycanın İqtisadiyyat Nazirliyi, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar tərəfindən ciddi araşdırılmalı və nəticəsinə uyğun hərəkət edilməlidir. Xəstəlik aşkar olunarsa,idxal həmin dəqiqə dayandırılmalıdır. Yəni, ölkə daxilində əllərdə olan bütün növün məhsul markası, həmin məhsul brendi adı altında bütün əmtəələr, mallar dövriyyədən çıxarılaraq məhv edilməlidir. Bunun kökündə ilk növbədə araşdırma dayanır”.Ekspert qeyd edib ki, məlumdur ki, Rusiyadan Azərbaycana taxıl deyil, taxıl məhsulları gəlir: “Bunu araşdırmaq, tapmaq bir qədər də çətindir. Hətta o məhsulları Azərbaycanın özü də laborator-müayinədən keçirə bilər. Bunun üçün xüsusi laborator müayinə təyin edilməlidir. Vətəndaşın zərər çəkməməsi üçün bütün lazımi addımlar atılmalıdır. Sözsüz ki, idxal mallarının əsas müayinələri aparılır. Belə də oa bilər ki, hansısa şirkətin istehsal etdiyi taxılda o virus var, amma başqalarında yoxdur. Ola bilsin ki, xoşbəxtlikdən Azərbaycana gəlməyib. Ümumiyyətlə, o yalan informasiya da ola bilər. O informasiya ikitərəfli qaydada Azərbaycan və Rusiya səviyyəsində araşdırılmalıdır. Hətta xüsusi komissiya təşkil edib Rusiyadan gələn bu məhsulların keyfiyyətliliyi və zərərsizliyi yoxlanılmalıdır. Bu əslində milli təhlükəsizlik məsələsidir. Azərbaycan hökuməti belə informasiyalara ciddi yanaşmalıdır, hətta o məlumat reallığı əks etdirməsə belə...”Alçina Amilqızı
- Ana səhifə
- İqtisadiyyat
- Azərbaycana taxılla gələn təhlükə
Azərbaycana taxılla gələn təhlükə
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi