Yuxarı

Banklar xalqa inanmır

Banklar  xalqa  inanmır

 Əkrəm Həsənov: “Kredit təminatlı hallarda və maaşı yüksək olanlara verilir”Devalvasiyalardan sonra banklar kredit verilməsini  tamamilə dayandırdılar. Bir müddət sonra banklar kreditləri manatla verməyə başladılar. Ancaq dollarla kredit verməkdə maraqlı olan banklar manatla kreditə başlamaq əvəzinə, kredit xəttini ümumiyyətlə, bağladılar. Bu isə faktiki olaraq bankların üzərinə götürdüyü önəmli bir öhdəliyin yerinə yetirilməməsi deməkdir. Daha sonra isə ümumiyyətlə, bu şərtlər də aradan götürülərək kreditləşməni kəsməli oldular.Bankların bu cür addım atmasına səbəb onların aktivlərinin böyük qisminin dollardan ibarət olmasıdır. Banklar dolları manata çevirməkdə  maraqlı olmadıqlarından gözləməyə üstünlük verdilər. Amma vəziyyət heç də müsbətə doğru dəyişmədi. İndi də faktiki olaraq vətəndaşlar bir sıra banklardan ümumiyyətlə kredit ala bilmirlər. Bu sırada banklar kredit şərtlərini ağırlaşdırdı. Belə ki, artıq əvvəlki qaydalarla banklar heç bir müştəriyə kredit ayırmır. Bununla da problemli kreditlərin qarşısını aımaq planlaşdırılır. Kredit üçün müraciət edən vətəndaşların arayışları və kredit keçmişi haqqında məlumatlar bankın mərkəzi ofisinə göndərilir. Müraciət edən şəxsə isə boş kredit kartları verilir. Əgər bankın mərkəzi ofisi müştəriyə kredit verməyi məqbul hesab edərsə, həmin məbləğ onun kredit kartına köçürülür.Qeyd edək ki, bu kredit üsulundan əvvəllər də istifadə olunurdu. Nəzərə almaq lazımdır ki, bu növ kreditlərdə adətən problemlər yaşanmır. Çünki bankın mərkəzi risk komissiyası daxil olan müracətləri tam dəqiq araşdırır və müştərinin ödəmə qabiliyyətinə uyğun olaraq kredit ayrılır. Bu kredit üsulunun mənfi tərəfləri isə əsasən bankların kredit portfelində yaranan azalmalardır. Məlumdur ki, Azərbaycan bank sektorunda maliyyə-kredit kommersiya banklarının yüksək gəlir götürdüyü sahədir. Vətəndaşların kredit şərtlərinə uyğun gəlməməsi və banklara inamın azalması bankları bu gəlirdən böyük ölçüdə məhrum edir.Kommersiya bankları itirdikləri gəliri kompensasiya etmək üçün digər əməliyyat xərclərini artırmaq məcburiyyətində qalır. Bu da bank sektorunda problemlərin daha da dərinləşməsinə gətirib çıxarır.Maraqlıdır, hazırda banklar kredit verirlərmi?İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda əhaliyə kredit manatla verilsə də sayı həddən artıq azdır: “Kredit təminatlı hallarda və maaşı yüksək olanlara verilir. Kredit şərtlərində əsasən dəyişikliklər olunub. İndi yalnız aylıq rəsmi gəliri, yaşayış minimumunun üç mislindən çox olanlara verilir. Ondan azdırsa verilmir və ay dərəcəsi də çoxdur. Əsas şərt budur və bunun da təsiri borcun qaytarılmama ehtimalını azaltmaq üçündür. Problemli kreditə çevrilməyin ehtimalının azalması məqsədi daşıyır. Bir sözlə banklar daha təhlükəsiz kreditlər verirlər. Bilirik ki, rəsmi gəliri az olanlar Azərbaycanda azlıq təşkil edir. Xüsusən də hər kəsin yaşayış minimumunun üç mislindən çox olan hər bir ailə üzvünə görə çox az adam var. Bu da banklardan kredit ala bilən şəxslərin dairəsini azaldır. Hazırda kreditlə bağlı xeyli azalma var”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları