Yuxarı

Xaricə çıxarılan dollar nəzarətə götürüldü

Xaricə çıxarılan dollar  nəzarətə götürüldü

 Ölkədən kapital axını artıbAzərbaycan Mərkəzi Bankı (AMB) “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması” Qaydalarına dəyişiklik edib. Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən, bank hesabı vasitəsilə, yaxud da hesab açmadan 10 min ABŞ dolları, o cümlədən də yaxın qohumlarına 10 min ABŞ dollarınadək vəsait göndərə bilər. Dəyişikliklər hüquqi şəxslər üçün vəziyyətin necə olacağı barədə suallar yaradıb.İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu qaydaların əhalinin bu və ya digər qrupu üçün hesablandığını düşünmək yanlışdır: “Ölkədə valyuta qıtlığı var. Neftin dünya bazarında qiymətləri 3 dəfədən çox endikdən sonra daxildə valyutaya olan tələb öncəki kimi ödənilmir. Buna müvafiq olaraq ölkədən xaricə valyuta axını öncəki tempdə qalıb. Əlavə problem də məhz ondan ibarətdir ki, ölkədə yaranan yeni iqtisadi situasiya ilə əlaqədar kənara kapital axını bir az da artıb”. Ekspertin sözlərinə görə bu vəziyyət inkişaf etmiş ölkələrdə də müşahidə olunur: “Belə şəraitdə hökumətin xaricə pul köçürmələrinə diqqəti artırması və müəyyən istiqamətlərdə, hətta müvafiq limitlər tətbiq etməklə prosesi nəzarətə götürməsi təbii haldır”. Ekspert qeyd edib ki, sözügedən məsələ hüquqi şəxslərə də aiddir. Lakin fərqli formada: “Hüquqi şəxslər pul köçürdükləri halda banklar onlardan müvafiq qaydada vergi tutacaqlar. Belə ki, rezidentlər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulur. Burada əsas məqsəd maliyyə resurslarına, daha dəqiq desək, onun hərəkətliliyinə daha yaxşı nəzarət tədbiq etməklə, səmərəli istifadəyə nail olmaqdan ibarətdir”.Nigar Məhərrəm





Həftənin ən çox oxunanları