“Rusiya rublunun təxminən 3 illik kəskin qalxıb-enmələrdən sonra nəinki sabitləşdiyi, hətta aparıcı dünya valyutaları qarşısında dəyər qazanması göz önündədir. Üzən məzənnə rejimində rublun niyə özünü rahat hiss etməsinin səbəbini Rusiyanın tədiyyə balansının hazırki durumu izah edir. Azərbaycandan fərqli olaraq Rusiyada illik tədiyyə balansı il bitəndən maksimum 20 gün sonra, aylıq tədiyyə balansını isə ay bitəndən 10-15 gün sonra açıqlanır”.Cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı aylıq məlumatları ümumiyyətlə açıqlamır, illik məlumatı isə il bitəndən 3 ay sonra açıqlayır:“2016-cı ilin nəticələrinə görə, Rusiya tədiyyə balansının ümumi müsbət saldosu 15 milyard dollar olub. 2017-ci ilin yanvarı nəticələrinə görə isə tədiyyə balansının ümumi müsbət saldosu 6.5 milyard dollar təşkil edib. 2015-ci ildə Rusiyadan kapital axını 153 milyard dollar olmuşdu, 2016-cı ildə 15 milyard dollara düşüb. Göründüyü kimi neftin 41-42 dollar qiyməti şəraitində Rusiya tədiyyə balansında yüksək profisit yaranır və hətta 35 dollarlıq həddədək tədiyyə balansı kəsirsiz ötüşə bilər. İki səbəb var: idxalı əvəzləyən istehsal artır və ən əsas kapital axınını 10 dəfəyədək azaltmaq mümkün olub”.Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda illik məlumat açıqlanmayıb:“Amma 9 ayın nəticəsinə görə, tədiyyə balansınının mənfi saldosu 1.2 milyard dollara yaxın olub. Hesablamlara göstərir ki, indiki iqtisadi şərtlər daxilində (qeyri-neft əmtəə-xidmət ixracının sabit qaldığı şəraitdə) Azərbaycanın tədiyyə balansının defisitsiz olması üçün neftin qiymətinin 60-65 dollardan aşağı olmaması lazımdır. Rusiyada olduğu kimi Azərbaycanda neftin 35-40 dolar səviyyəsində tədiyyə balansının kəsirsiz olması üçün qeyri-neft əmtəə-xidmət ixracından daxilolmaların səviyyəsini hazırkı 5 milyard dollardan 10 milyard dollara qədər genişləndirmək lazımdır.Yeri gəlmişkən, neftin 52-53 dollarlıq səviyyəsində Rusiya hökuməti valyuta bazarına alış yönümlü müdaxilə hesabına hər ay valyuta ehtiyatlarını təxminən 1.8-2 milyard dollar artırmaq imkanı qazanıb. Rusiya hökuməti rublun hazırki səviyyədən (59 rubl=1 dollar) sonra bahalanmasında maraqlı deyil. Çünki rublun bundan sonrakı bahalanması əvvəla hökumətə valyuta ehtiyatlarını artırmağa imkan vermir, ikincisi isə ucuz neft şəraitində büdcə öhdəliklərini icra etmək üçün daha çox valyuta xərcləməli olur.Nəzərə alaq ki, neftin ilk uzulaşma dövründə (2014-cü ilin yayında ) 1 barel neftin qiyməti 103-104 dollar, 36 rubl=1 dollar idi. Yəni 1 barel neftin ekvivalenti 3700 rubl idi. Hazırda isə 1 barel neftin ekvivalenti 3200 rubldur. Bu səbəbdən Rusiya hökuməti neftin qiymətinin hazırki səviyyəsində rublun daha da bahalnmasında maraqlı deyil.Öz növbəsində, rublun bundan sonra möhkəmlənməsi Rusiyanın həm idxalı əvəzləyən, həm də ixraca yönəlik siyasətinə ağır zərbədir. Manat və rublun taleyini müzakirə və müqayisə edəndə bu faktlara diqqət yetirmək vacibdir”.Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- Manatın aqibəti necə olacaq?
Manatın aqibəti necə olacaq?
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi